Menu
Geri İrəli

Partlayış olan zavod haqqında bilmədiklərimiz….

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2012 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur

Dünən Sumqayıtda Yuyucu Məhsullar Zavodunda kimyəvi tərkibli məhsullar istehsal olunan zavoda baş verən partlayışdan sonra medianın diqqəti Sumqayıta yönəldi. İstər yerli, istərsə də xarici mediada hadisə davamlı olaraq işıqlandırıldı. “sumqayitxeber.com” saytı partlayış baş verən zavod haqqında ətraflı məlumatı oxucuların diqqətinə çatdırır:

Sintetik yuyucu maddalər istehsalı layihə tapşırığına uyğun Azərbaycan Respublikası Nazirlər Sovetinin 12.04.1962-ci il tarixli 343 nömrəli Qərarına əsasən yaradılmışdır. 1 saylı istehsal 1966-cı ildə 30 min t/il məhsuldarlıqla istismara verilmişdir. 2 saylı istehsalat məhsuldarlığı 60 tn/il ittifaq Dövlət Layihə Institutu tərəfindən layihələndirilmiş, 1978-ci ildə istismara verilmişdir. 1966-cı ildə məhsuldarlığı 30 tn/il olan 14 saylı sex Sumqayıt «Kimya zavodu»nun tərkibində yaradılmışdır.

1971-ci ildə 14 saylı Sumqayıt «Kimya zavodu»nun sexi Sumqayıt «Sintetik yuyucu vasitələr» zavodu adlandırılmışdır. 04.01.1971-ci ildə Sumqayıt «Sintetik yuyucu vasitələr» zavodu Kimya Sənayesi Nazirliyinin tərkibinə verilmişdir. 01.11.1983-cü ildən Sumqayıt «Məişət kimyası» istehsalat birliyi adlandırılmışdır. 24.08.1994-cü ildən «Azərikimya» Dövlət Şirkətinin 313 saylı 24.08.1994-cü il tarixli əmrinə əsasən Sumqayıt «Məişət kimyası» zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin 310 saylı 27.12.2001-ci il tarixli Sərəncamı ilə Sumqayıt «Məişət kimyası» ASC elan edilmişdir.
Sumqayıt «Məişət kimyası» ASC səhmdarlarının 22.04.2006-cı il tarixli 1 saylı Protokolunun qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı üzrə Sumqayıt Bölgə şöbəsinin 22.05.2006-ci il tarixli 02.06-S-25-3235 saylı şəhadətnaməsinə əsasən tam rəsmi adı dəyişilərək «Azərbaycan məişət malları» ASC-yə çevrilib.
“Sumqayitxeber.com”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın