Menu
Geri İrəli

“Penoplast” üzlüklərin sabah səhərə qədər sökülməsi əmri verildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 1,335 dəfə • Şərh yoxdur
ef37f19add59d7912bbe5aec8825918eBakıda “penoplast” üzlüklü binaların fasadlarının sökülməsi əmri verildi.
Bakıxanov qəsəbəsində və Xətai rayonunun Zığ şossesində yerləşən binaların sakinlərinin musavat.com-un müxbirinə verdikləri məlumata görə, söküntü işlərinə texnika və çoxlu sayda işçi qüvvəsi cəlb olunub.
Sakinlərin sözlərinə görə, işçilərə bu gecənin sonuna qədər binaların fasadının tamamilə sökülməsi tapşırılıb.
Xatırladaq ki, bir müddət öncə Azərtac-ın yaydığı məlumata görə, bu gün Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov qeyd edib ki, Binəqədi rayonunda baş vermiş yanğın Prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub: “Cənab prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib”.
Ə.Həsənov eyni zamanda onu da bildirib ki, dövlət başçısı Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib: “Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”.
Nərgiz,
Musavat.com 



Facebook Şərhləndirmə:

Şərhinizi yazın