Menu
Geri İrəli

Peşə təhsilini uğurla başa vuran sumqayıtlı gənclər- TANITIM

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Yanvar 2014 • Baxış sayı: 953 dəfə • Şərh yoxdur

«Azərikimya» İstehsalat Birliyi ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma  İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində 2011-2012-ci tədris ilində müxtəlif peşələr – elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, tornaçı, təmirçi-çilingər peşələri üzrə təhsillərini uğurla başa vuraraq Birliyin müxtəlif idarə və müəssisələrində neftçilər ailəsinin bərabərhüquqlu üzvü kimi sərbəst əmək fəaliyyətlərinə başlamış 100 nəfər gəncin ictimaiyyətə daha yaxından tanıdılması və peşə seçməkdə çətinlik çəkən sumqayıtlı gənclərə dəstək göstərilməsi kampaniyasını davam etdirir. Bu kampaniya çərçivəsində daha beş nəfər gəncin qısa tərcümeyi-halı ilə birgə tədris və iş təəssüratlarını oxuculara təqdim edirik.

 EYNİ PEŞƏ, EYNİ İŞ YERİ VƏ HEÇ VAXT YADDAN ÇIXMAYAN 10 MAY GÜNÜ

 

 Hüseynov Cəlil Akif oğlu

Huseynov Celil13 sentyabr 1986-cı ildə anadan olub. 2004-ci ildə Sumqayıt şəhər 4 saylı tam orta məktəbi bitirib. 2004-cü ilin oktyabr ayından 2006-cı ilin aprel ayına qədər vətənə xid¬mət borcunu yerinə yetirib. Hərbi xidmətdən qayıtdıqdan sonra bir sıra sahələrdə müxtəlif işlərdə çalışıb. Amma bu işlərin heç biri daimi xarakter daşımadığından, əmək müqaviləsi olmayıb, sosial və tibbi sığorta ilə təmin olunmayıb.

 ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinə gəlişini Cəlil Hüseynov belə xarakterizə edir:

 - Sumqayıtda Təlim-Tədris Mərkəzinin yaradılması xəbərini eşidənə qədər özümə nor¬mal və daimi iş yeri tapa biləcəyimdən əlimi üzmüşdüm. “Socar.az” saytından Mər¬kəzə şagird qəbulu haqqında elanı oxuduqdan və şərtlərlə tanış olduqdan sonra hiss etdim ki, deyəsən axtardığımı tapmışam. Normal iş sarıdan o qədər əziyyət çəkmişdim ki, imkan daxilində daha tez daimi iş yeriylə təmin olunmaq istəyirdim. Ona görə də, ixtisaslar arasında yeganə 6 aylıq təhsil tələb edən tornaçı peşəsini seçdim. Bu baxı¬mdan biz digər peşələr üzrə təhsil alanlardan 4 ay tez əmək fəaliyyətinə başladıq. Hazırda 4-cü dərəcəli tornaçı kimi “Azərikimya” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin avadanlıqların təmiri və xidməti sexində çalışıram. Hələlik 350 manat zəhmət haqqı alıram. Burada çalış¬mağımız üçün hər cür şərait yaradılıb. Xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşuq. Rəhbərliyin diqqət və qayğısını daim üzərimdə hiss edirəm.

Sabaha böyük ümidlərlə baxıram. Boş vaxtlarımda çoxlu kitab oxuyur, intrnetdən istifadə edir, musiqiyə qulaq asıram. İdmanın atıcılıq növü ilə məşğul olur, voleybol oynayıram. Gələcəkdə ali təhsil almaq, karyeramı möhkəmlətmək, Vətənimə, millətimə layiqli övlad kimi fayda vermək istəyirəm.

Abdullayev Nicat Vidadi oğlu

Abdullayev Nicat 7 iyul 1989-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Sumqayıt şəhər 13 saylı tam orta məktəbi bitirib. 2007-ci ilin oktyabr ayından 2009-cu ilin aprel ayına qədər vətənə xidmət borcunu yerinə yetirib.

Hərbi xidmətdən qayıtdıqdan sonra bir sıra idarələrə baş vursa da, bir peşəyə sahib olmadığından daimi işlə təmin oluna bilməyib. Müvəqqəti işlərlə isə ailə büdcəsinə dəs¬tək olmaq o qədər da asan olmayıb.

 

 Nicat Abdullayevin dediklərindən:

Daimi işlə təmin olunmaq üçün mütəmadi olaraq iş elanları ilə maraqlanırdım. Bir dəfə də «socar.az» saytına girmişdim. Orada ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaş¬dırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin elanına rast gəldim. Ən çox ehtiyac duyulan peşələr, 6 və 10 aylıq təhsil, müasir avadanlıqlarla təchiz olunmuş tədris otaq¬ları, xüsusi geyim, aylıq təqaüd, gündəlik yemək və nəhayətdə daimi işlə təminat. Çox fikirləşmədən qərarımı verdim və elektron müraciət etdim. Test imtahanlarından və mü¬sahibədən müvəffəqiyyətlə keçərək tornaçı ixtisasına yiyələnməyə başladım.

…Artıq təhsil də arxada qalıb, istehsalat təcrübəsi də. «Azərikimya» İB-nin Təmir-tikinti İdarəsinin avadanlıqların təmiri və xidməti sexində 4-cü dərəcəli tornaçı kimi çalı¬şıram. Zəhmətkeş ailədə böyüdüyümdən işin çətinliyi məni qorxutmur. Atam uzun illərdir ki, “Azərboru” ASC-də kəsici peşəsində çalışır. Sevinirəm ki, həm daimi işim var, həm də ailə büd-cəsinə xeyrim dəyir.

Ətrafımdakı insanların xoş münasibəti məni daha yaxşı işləməyə sövq edir. Tornaçı peşəsində saç ağartmış İsmayıl Nurullayev və Mirzəağa Məmmədov kimi təcrübəli usta¬ların sayəsində biliyimi təkmilləşdirmək, ixtisasıma mükəmməl yiyələnmək niyyətindəyəm.

İşdən kənar vaxtlarımda və istirahət günlərimdə ciddi mütaliə ilə məşğul oluram. Məqsədim Ali Neft Məktəbinə qəbul olunmaq və dünyanın ən nüfuzlu şirkətlərindən biri olan ARDNŞ-də mövqeyimi yaxşılaşdırmaqdır.

 

Vəliyev Eldost Oruc oğlu

Veliyev Eldost3 mart 1990-cı ildə anadan olub. Sumqayıt şəhər 22 saylı tam orta məktəbi 2008-ci ildə bitirib. 2008-ci ilin oktyabr ayından 2010-cu ilin aprel ayına qədər hərbi xidmət borcunu yerinə yetirib.

- Hərbi xidməti başa vurduqdan sonra bir müddət işsiz qaldım. Səbəbi normal iş tapa bilməməyim idi.

Təlim-Tədris Mərkəzi haqqındakı elanı birinci televiziyadan eşitdim, sonra inter¬netdən oxudum. Şərtlər ürəyimə yatdı və müraciət etmək qərarına gəldim. Özüm bura¬da təhsil almasaydım, Azərbaycanda belə müasir, yüksək səviyyəli peşə təhsili məktə¬binin olduğuna əsla inanmazdım. Burada tədrislə istehsalat təcrübəsi bir-birini elə ta¬mam¬layır ki, öyrəndiklərin yaddaşına əbədilik həkk olunur. Bu səbəbdən «Azərikimya» İB-nin Təmir-tikinti İdarəsinin avadanlıqların təmiri və xidməti sexində 4-cü dərəcəli tornaçı kimi işə başlayanda, elə bir ciddi problemlə üzləşmədim. Bildiklərini bizdən əsir¬gəmədiklərinə görə təcrübəli insanlara – uzun illər bu peşədə çalışan Pünhan Əzizova,  İsmayıl Nurullayevə dərin minnətdarlığımı bildirirəm.

İş şəraitim yaxşıdır, zəhmət haqqım normaldır, rəhbərliyin diqqət və qayğısını həmişə üzərimdə hiss edirəm.

Həm ali məktəbə hazırlaşır, həm də idmanın stolüstü tennis, şahmat, voleybol, cüdo, sambo və s növləri ilə məşğul oluram. Həmçinin dəzgahda qeyri-adi əş¬yalar düzəltməyi sevirəm. Sevinirəm ki, düzəltdiyim əşyalar bir çox ev və ofislərdə ma¬saların üstünə yaraşıq verir. Ən çox da Azərbaycan bayrağı kompleksini düzəltməkdən zövq alır və qürur duyuram.

 Zeynalov Bəhram Ədalət oğlu

Zeynalov Behram18 yanvar 1988-ci ildə anadan olub.

Sumqayıt şəhər 39 saylı tam orta məktəbi 2006-cı ildə bitirib.

2006-cı ilin oktyabr ayından 2008-ci ilin aprel ayına qədər hərbi xidmət borcunu yerinə yetirib.

- ARDNŞ-nin Təlim, Tədris və Sertifi¬kat¬laş¬dırma  İda¬rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinə gələndə, düzünə qalsa, gördüklərimə inanmadım. Geniş və yaraşıqlı tədris otaqları, müasir avadanlıqlarla təchiz olunmuş istehsalat kabinələri, təcrübəli müəllim və istehsalat təlimi ustaları, xüsusi geyimlə təminat, aylıq təqaüd, gündəlik yemək, müvafiq təhsil və təcrübədən sonra daimi iş yeri ilə təminat və s.

Evə qayıtdıqdan sonra vaxt itirmədən elektron müraciət ünvanladım. Hər şey uğurlu alındı. Test imtananlarından da müvəffəqiyyətlə çıxdım… Artıq təhsil də arxada qalıb, istehsalat təcrübəsi də. Ötən ilin may ayından «Azərikimya» İB-nin Təmir-tikinti İda¬rə¬sinin avadanlıqların təmiri və xidməti sexində 4-cü dərəcəli tornaçı kimi çalışıram. normal zəhməthaqqı alıram. Bir gənc olaraq işin ağırlığı məni zərrə qədər də qorxutmur. Se¬vi¬nirəm ki, heç yerdən gəliri olmayan ailəmizin dolanışığında mənin xüsusi payım var. Çünki ailəmizdə, demək olar ki, məndən başqa gəlir gətirən yoxdur. Bura gələnə qədər də iş sarıdan çoxlu çətinliklərim olmuşdu. Bu gün, sözün həqiqi mənasında, daimi iş yeri tapmaq çox çətindı, ələlxüsus da bir sənəti, peşəsi olmayanlar üçün. Ona görə də belə gözəl tədris ocağı yaratdıqlarına, gəncləri həmişə ehtiyac duyulan peşə sahibi etdiklərinə görə ARDNŞ-nin Təlim, Tədris və Sertifikat¬laşdırma İdarəsinə, burada təhsil almağımı məsləhət gördüyünə görə isə atama və yaxınlarıma  dərin minnətdarlığımı bil¬dirirəm.

Xəlilov Elmir Yusif oğlu

Xeliliv Elmir6 dekabr 1985-ci ildə anadan olub. 2007-ci ildə Sumqayıt şəhər 26 saylı orta məktəbi bitirib. 2004-cü ilin oktyabr ayından 2006-cı ilin aprel ayına qədər hərbi xidmət borcunu yerinə yetirib.

- Özümü dərk edəndən ailəmizin halal ruzi ilə dolandığını görmüşəm. Atam ömrünü, gününü zəhmətə bağlayıb. Çörəyini min bir əziyyətlə qazanır. Amma bir dəfə də olsun taleyindən gileylənməyib. Hazırda dənizdə – Xəzərin qoynunda işləyən atam həmişə “Halal zəhmət üz ağardar” deyir.

Hərbi xidmətdən qayıtdıqdan sonra müəyyən səbəblər üzündən ali təhsil almaq mə¬sələsini arxa plana keçirdim. Bir neçə il müxtəlif sahələrdə – müvəqqəti işlərdə çalışdım. Kompüter üzrə müxtəlif kurslara getdim. ARDNŞ-nin Təlim, Tədris və Serfikatlaş¬dırma İda¬rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinə şagird qəbulu ilə bağlı elanla da elə burada tanış oldum. Evlə məsləhətləşib razılıq alandan sonra gedib Mərkəzlə şəxsən tanış oldum və çox xoşuma gəldi. Bura eşitdiyimiz və bildiyimiz peşə mək¬təblərindən deyildi. Geniş, yaraşıqlı, müasir texnoloji avadanlıqlarla təmin olunmuş tədris və təcrübə otaqları, səliqə-səhman…

Bu minvalla «socar.az» saytına girib elektron müraciət ünvanladım. Uğurlu alındı – test imtahanı da, müsahibə də. Artıq təhsil və təcrübə dövrü arxada qalıb. Ötən ilin may ayından «Azərikimya» İB-nin Təmir-tikinti İdarəsinin avadanlıqların təmiri və xidməti se¬xində 4-cü dərəcəli tornaçı kimi çalışıram. Təlim-Tədris Mərkəzin¬də gördüyüm diqqət və qayğını burada da təcrübəli ustalardan, sex və istehsalat rəislərindən, həmçinin «Azəri¬kimya» İB-nin rəhbərliyindən görürəm. Bizə normal və təh¬lü¬kəsiz iş şəraiti yaradılıb, əmək müqaviləmiz və tibbi sığortamız var, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşuq.

Burada çalışmağım – daimi iş yerimin olması sabaha inamımı daha da artırıb.  İdma¬nın cüdo növü ilə məşğul oluram, kompüter üzrə bir çox proqramları mənimsəmişəm. Gələcək arzularım böyükdür. Bu arzular sırasına SOCAR-ın Ali Neft Məktəbində təhsil almaq, gənc ailə kimi növbəyə dayanmaqla, yaxud da güzəştli ipoteka yolu ilə ev almaq, təkmilləşərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri üzvlərindən birinə çevrilmək və s. daxildir.

Qeyd. Bu 5 gəncin hər birinin yaddaşında 10 may 2013-cü il tarixi – Ulu öndər, Ümummilli lider Heydər Əliyevin anadan olduğu və 90 illik yubileyi günü silinməz izlərlə həkk olunub. Çünki ARDNŞ-nin Təlim, Tədris və Serfikatlaş¬dırma İda¬rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzi tornaçı ixtisası ilə bitirən bu gənclər «Azərikimya» İB-nin Təmir-tikinti İdarəsinin avadanlıqların təmiri və xidməti se¬xinə – neftçilər və kimyaçılar ailəsinin bərabər hüquqlu üzvləri kimi bu tarixdə işə qəbul olunublar.

Rafiq Oday

Foto:  Vüqar Abdullaha məxsusdur

Facebook Şərhləndirmə:

Şərhinizi yazın