Menu
Geri İrəli

Polis paltarı geyinən qadın saxlanıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Mart 2011 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

Sumqayıt şəhəri C.Məmmədquluzadə küçəsində H.Z.Tağıyev qəsəbə sakini Samirə Allahverdiyeva saxlanılıb.

sumqayitxeber.com saytı Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, o, qanunsuz olaraq polkovnik rütbəsində olan polis formasını geyinərək “Hyundai” markalı avtomaşını idarə edərkən Post-Patrul Xidməti Taborunun əməkdaşları tərəfindən saxlanılıb.

Daha sonra S.Allahverdiyeva Sumqayıt ŞPİ-yə təhvil verilib və onun barəsində və toplanmış materiallar şəhər prokurorluğuna göndərilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın