Menu
Geri İrəli

Polis rəisi həbs olunmayıb, işdən çıxarılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2009 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur

DIN_438263059Söhbət Sumqayıtın keçmiş polis rəsisi Mehdi Hümbətovdan gedir

“Kürdəmir rayon Polis Şöbəsinin rəisi Mehdi Hümbətov bir ay əvvəl daxili işlər naziri Ramil Usubovun əmrilə vəzifəsindən azad olunub. Hazırda o, Daxili İşlər Nazirliyinin sərəncamındadır”.

Bunu Lent.az-a açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib. Onun sözlərinə görə, sabiq polis rəisi Mehdi Hümbətovun Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən həbs olunması barədə mətbuatın yazdıqları doğru deyil: “Bu, qəzetin uydurmasıdır”.

“Qəzetdə Kürdəmir rayon Polis Şöbəsinin rəisinin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunması barədə dərc olunmuş məlumat yalandır”. Bunu isə APA-nın sorğusuna cavab olaraq, MTN ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev deyib. “Həmişəki kimi, “Azadlıq” qəzeti öz ampluasına sadiq qalaraq, yalan məlumat verib”, – deyə A. Babayev əlavə edib.

Xatırladaq ki, “Azadlıq” qəzetinin 18 dekabr buraxılışında   Kürdəmir rayon Polis Şöbəsinin rəisi Mehdi Hümbətovun MTN tərəfindən dekabrın 17-də tutulduğu, artıq Bakıya gətirildiyi, onun qətl sifariş etməkdə təqsirləndirildiyi bildirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın