Menu
Geri İrəli

Polislər yenə də canları bahasına vətəndaşları xilas etdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2017 • Baxış sayı: 1,139 dəfə • 1 şərh

qoraddelDaxili İşlər Nazirliyi (DİN) Sumqayıtda məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, avqustun 5-də saat 20:50 radələrində Sumqayıt şəhərində, hazırda məcburi köçkünlərin yaşadığı beş mərtəbəli yataqxananın üçüncü mərtəbəsində ilkin məlumatlara əsasən, elektrik şəbəkəsində yaranan qısaqapanmadan sonra yanğın hadisəsi baş verib.
Nəticədə 100 kvadratmetr sahə əşyaları ilə birlikdə yanıb.
Bildirilib ki, DİN-in “102 Zəng Mərkəzi”ndən daxil olan məlumatla əlaqədar hadisə yerinə çatan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları həyatlarını təhlükəyə ataraq yanan binadan 80 ailənin təhlükəsiz əraziyə təxliyyə olunmasında yaxından iştirak ediblər.
Sakinləri yanan binadan çıxararkən polis əməkdaşlarından 5 nəfəri də tüstüdən zəhərlənib, həm də müxtəlif dərəcəli xəsarətlər alıblar. Sakinlərlə yanaşı, həkim nəzarətinə götürülən, lakin xəstəxanada qalmaqdan imtina edən polislər bu gün də iş başındadırlar və xidmətlərini davam etdirirlər: “İstər yanğın, istərsə də digər fövqəladə hadisələrlə bağlı edilən müraciətlərə polislərin aidiyyatı qurumlarla birlikdə özlərini yetirməsi onu deməyə əsas verir ki, xalqın inamından və sevgisindən güc alan polisimiz ona edilən minnətdarlığın əvəzini qanı və canı bahasına ödəməyə hər zaman hazırdır. Vətəndaşlarımız polisimizin qəhrəmanlığının, ona təhlükədən daha yaxın olmağının dəfələrlə şahidi olublar.
Polis kapitanı Sərxan Ağamirovun, polis leytenantları Yaqub Cəlilovun, Anar Abbaslının, polis serjantları Ümüd Cəfərov, Asim Kərimlinin insanların harayına yetişməsi adına və andına hər zaman sadiq olan Azərbaycan Polisinin sabitliyin və asayişin, insanların təhlükəsizliyinin keşiyində hər zaman ayıq-sayıq durmasının, Vətən qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirməsinin daha bir təsdiqidir”.

Facebook Şərhləndirmə:

“Polislər yenə də canları bahasına vətəndaşları xilas etdilər” yazısına bir cavab

  1. Xanəli Məmmədov deyir:

    Sovet dövründə hamıya yaxşı tanış olan ……….mənim polisim məni qoruyur…….artıq reallığa çevrilir.

Şərhinizi yazın