Menu
Geri İrəli

Poloçularımız Avropa çempionatının finalında

Müəllif: Sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2015 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur

Millimizin İsveçrəni 11-6 hesabı ilə məğlub edib.

Polo üzrə Milli komandamız Avropa çempionatının final oyununa vəsiqə qazanıb

polo_050915_01Oxu.Az-ın məlumatına görə, Binə Atçılıq Mərkəzində Polo üzrə Avropa çempionatı davam edir.

Bu gün 4-cü turun görüşləri keçirilib. Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada, yaşıl örtüklü meydanda baş tutub. İlk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxıblar.

Görüş millimizin 11-6 hesablı qələbəsi ilə başa çatıb. Ardınca İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gəlib. Qarşılaşmada Almaniya təmsilçisi 5-3 hesabı ilə qələbə qazanıb. 4-cü turda keçirilən son oyunda meydana İrlandiya və İspaniya komandaları çıxıblar.

Bu dəfə sevinən tərəf İrlandiya millisi olub 8-6. Beləliklə də 4 turdan sonar 100 faizlik nəticə göstərən Azərbaycan seçməsi ən pis halda ikinci yeri təmin edərək Avropa çempionatının final oyununa vəsiqə qazanıb.

Sabah keçiriləcək sonuncu 5-ci turda komandamız İspaniya seçməsi ilə qarşılaşacaq. Oyun saat 18:00 –da başlayacaq. Buna qədər isə saat 17:00 da meydana Almaniya və İsveçrə komandaları çıxacaqlar. Avropa çempionatının 5-ci turuna saat 19:15 –də start götürəcək İtaliya- İrlandiya oyunu ilə yekun vurulacaq.

Avropa çempionatının finalı Sentyabrın 12-si saat 20:30 –da başlayacaq. Həlledici oyunda seçməmizin rəqibi, 5-ci turun nəticələrinə əsasən bilinəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın