Menu
Geri İrəli

Potensial Sumqayıt Mütəxəssislər Birliyi Qusarda təlim keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2009 • Baxış sayı: 583 dəfə • Şərh yoxdur

HPIM1084Qusar rayonunun 3 v 6 saylı orta məktəblərində müəllimlər üçün gender əsaslı zorakılıqla bağlı təlim keçirrib. Bu barədə sumqayitxeber.com saytına Potensial SMB-nin baş hüquqşünası, layihənin kordianatoru Feyruz Şivəxanov məlumat verib.

Potensial Sumqayıt Mütəxəssislər Birliyi BMT Əhali Fondunun “Gender Əsaslı Zorakılıqla Mübarizə” Layihəsinin dəstəyi ilə orta məktəb müəllimləri üçün təlimləri davam etdirir. Qeyd edək ki, həyata keçirilən layihədə əsas diqqət orta məktəb müəllimlərinə ümumi gender məsələləri, gender həssaslığı, gender əsaslı ayrı-seçkilik və gender əsaslı zorakılıq mövzularında təlimlər kеçməklə təlim iştirakşılarının bu barədə bilgilərini artırmaq, bu bilgilərin cəmiyyətdə geniş yayılmasına çalışmaq, beləliklə də, Azərbaycanda qadın hüquqlarına hörmətin təmin edilməsi və bütövlükdə qadınlara qarşı zоrakılıq və ayrı-sеçkilik hallarının aradan qaldırılması, gender bərabərliyi, qadınların dövlət idarəçiliyində, ölkənin ictimai-siyasi həyatında fəal iştirakını dəstəkləməklə cəmiyyətdə gender əsaslı zorakılığın aradan qaldırılmasına nail оlmağa yönəldilmişdir.
Layihə çərçivəsində növbəti təlim dekabrın 4-də Qusar şəhər 3 və 6 saylı orta məktəblərində təşkil olundu. 3 saylı orta məktəbdə keçirilən təlimdə məktəbin 20 müəllimi iştirak edirdi. İştirakçıların 1 kişi, qalanları qadın müəllimlər idi. Təlimi Anar Qasımov və Gülsel Səfərova aparırdı. Təlimdə məktəbin 20 müəllimi iştirak edirdi.
6 saylı orta məktəbdə keçirilən təlimdə 18 müəllimi iştirak edirdi. İştirakçıların 4 kişi, qalanları qadın müəllimlər idi. Təlimi Ruslan Vəliyev və Yeganə Əliyeva aparırdı.
Təlimçilər təlimin məqsədi barədə qısa məlumat verdikdən sonra aşagıdakı mövzularda müzakirələr aparıldı:
Cins nədir və onları nə ilə fərqləndirmək olar?
Cins termininə və Gender termininə dair şərh
Cəmiyyətdə kişini və qadını xarakterizə edən əlamətlər
Gender Əsaslı Zorakılıq
Gender Əsaslı Zorakılığın səbəbləri
Gender stereotip və ehtimallarının öyrənilməsi
Zorakılığın formaları haqqında ümumi məlumat
Gündəlik həyatımızda zorakılıq və onun formaları
Qadın və qərarların qəbul edilməsi
Gender əsaslı zorakılıq milli və beynəlxalq qanunvericilikdə.
İnteraktiv metodla keçirilən təlimdə bütün iştirakçılar müzakirələrdə fəal iştirak edərək təlim mövzusu ilə bağlı yeni bilgilər əldə etdilər. İştirakçılar mövzunun aktuallığını və bu istiqamətdə tədbirlərin davamlı olması vacibliyini xüsusi qeyd etdilər. Sonda sorğu anketi vasitəsi ilə təlimin işi qiymətləndirildi. Təlim iştirakçılarına mövzu ilə bağlı sənədlər toplusu paylandı. 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın