Menu
Geri İrəli

Prezident: AXC-Müsavat tarixdən silindi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2015 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur

90350“Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Qələbə Gününü bayram günləri siyahısından çıxarmışdı. Yəni, bu bayram ləğv edilmişdi. Onlar elə bil ki, sizin qəhrəmanlığınızı tarixdən silmək istəyirdilər. Ancaq onların özləri tarixdən və siyasi səhnədən silindi, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilmədi”.

ANS PRESS-in məlumatına görə, bunu Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışında iştirak edən prezident İlham Əliyev deyib.

O, qeyd edib ki, xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra tarixi ədalət bərpa edildi, 9 May – Qələbə Günü rəsmi bayram kimi təsdiq olundu və o gündən bu günə qədər biz bu bayramı qeyd edirik. Bu, bizim dövlət bayramımızdır, əziz bayramımızdır.

Azərbaycandan 700 minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini həlak olub. 123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub.

“Azərbaycan alman faşizmi üzərində Qələbənin əldə edilməsində həlledici rol oynayıb. Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki Azərbaycan nefti, Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam fərqli ola bilərdi. O vaxt – müharibə illəri zamanı Sovet İttifaqında 110 milyon ton neft hasil edilmişdi. Ondan 75 milyon tonu Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdi. Təsadüfi deyil ki, alman faşizmi Bakını zəbt etmək üçün çox böyük səylər göstərmişdi. Çünki əgər Bakını zəbt etsəydilər, o zaman bütün Sovet İttifaqının əksər enerji resurslarına sahib çıxmış olacaqdılar və beləliklə, yanacaq qıtlığı ucbatından müharibənin nəticələri tam başqa ola bilərdi.

Bakını sovet ordusu müdafiə etdi və bu, xalqımızı böyük bəlalardan xilas etdi. Azərbaycanın 300 min nümayəndəsi qəhrəmancasına həlak oldu. Ancaq əgər Hitlerin ordusu Bakını zəbt etsə idi, xalqımıza qarşı soyqırımı törədilərdi”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın