Menu
Geri İrəli

Prezident İlham Əliyev: “Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir”

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Yanvar 2017 • Baxış sayı: 1,168 dəfə • 3 şərh

005
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib.

sumqayitxeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

“Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq”, – deyə dövlətimizin başçısı qeyd edib.

Prezident qeyd edib ki, regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar, infrastrukturla bağlı olan layihələr bugünkü reallığı yaradıb: “Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı şəhəri, bizim əsas şəhərlərimiz – Gəncə, Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bizim bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər”.

007

 

Facebook Şərhləndirmə:

“Prezident İlham Əliyev: “Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir”” yazısına 3 cavab

  1. Cemile deyir:

    Zakir muellim Sumqayiti heqiqeten de gozellesdirdi. Sheherimiz cox gozeldir, qoruyub saxlamaq lazimdir!

  2. Serdar Memmedov deyir:

    Bu gunlerde Sumqayita qonaq oldum. Cox deyisib seher. En cox da Bulvari beyendim. Sheher son 1 ilde cox deyisib. Genis kuceleri gozel havasi var sheherin. Sumqayitlilar, Sumqayitin qedrini bilin

  3. Şahin deyir:

    Hormetli Zakir mellim sumqayiti gozeliyine gore size deri tewekul bildirirem sizden soruwmaq isdediy bu movzudu sumqayitda 41 mehele yerlewen yataqxanalardi bunlarin aqibeti nece olacaq oxudugunuza gore tewekur

Şərhinizi yazın