Menu
Geri İrəli

Prezident Ramil Yusifovu təltif etdi – SƏRƏNCAM

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 1,070 dəfə • Şərh yoxdur
Share Button

ilham_aliyev_imza_251114Prezident İlham Əliyev Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər “Tərəqqi” medalı ilə təltif edilib. Təltif olunanlar arasında  “Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı İdarəsinin rəisi Ramil Yusifovun da adı var. 

Qeyd edək ki, bir müddət öncə “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilərək əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılmışdı. İdarə Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını həyata keçirir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın