Menu
Geri İrəli

Prezident sərəncamı ilə Sumqayıtdan kimlər mükafatlandırıldı?

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2013 • Baxış sayı: 189 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bir sıra  təhsil işçisinə  “Əməkdar Müəllim” fəxri adı verilib.  Mükafatlandırılanlar arasında Sumqayıtdan da var. Belə ki, Texniki Təbiət Eımləri Liseyinin Bilologiya müəllimi Nəzərova Xalidə Baba qızına “Əməkdar müəllim” fəxri adı alıb.

 Prezidentin digər sərəncamı ilə Azərbaycan təhsilində xidmətlərinə görə bir sıra təhsil işçisi  “Tərəqqi” medalı ilə də təltif edilib. Bunların sırasında Təbiət Elmləri Təmayüllü Gimnaziyanın müəllimi də var.  Sərəncama əsasən gimnaziyanın kimya-biologiya müəllimi Abbasova Həqiqət Fərzi qızı da “Tərəqqi” medalı ilə mükafatlandırılıb.   “Xəbərlə” xəbər portalı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın