Menu
Geri İrəli

Prezident Sumqayıta 9 milyon manat ayrdı – SƏRƏNCAM

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2016 • Baxış sayı: 1,350 dəfə • Şərh yoxdur

ilham eliyev2Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də “Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 9 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat ayrılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın