Menu
Geri İrəli

Prezident: “Sumqayıtda tikinti işləri geniş vüsət almışdır.”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2017 • Baxış sayı: 628 dəfə • 1 şərh
Share Button

ilham aliyev2sumqayitxeber.com xəbər verir ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərə də toxunub. 

“Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir.

Eyni zamanda, digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir.”

sumqayitxeber.com 

Facebook Şərhləndirmə:
Share Button

“Prezident: “Sumqayıtda tikinti işləri geniş vüsət almışdır.”” yazısına bir cavab

  1. Zahir deyir:

    Bes yataqxanalar ne vaxt sokulecek

Şərhinizi yazın