Menu
Geri İrəli

Prezident Sumqayıtla bağlı sərəncam imzaladı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Yanvar 2017 • Baxış sayı: 2,779 dəfə • 1 şərh

Sumqayit kimya Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 25-də “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsinin təmin edilməsi ilə bağlı üç ay müddətində tədbirlər görmək və digər məsələləri həll etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi isə Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Facebook Şərhləndirmə:

“Prezident Sumqayıtla bağlı sərəncam imzaladı” yazısına bir cavab

  1. Elsen deyir:

    Salam. Sumqayitda 41mehelledeki yataqxanalar heqiqeten planami gedir

Şərhinizi yazın