Menu
Geri İrəli

Prezidentdən intim tövsiyyələr, senatorun əxlaqsız görüntüləri və 2010-cu ilin ən çox arzulanan qadınları

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Aprel 2010 • Baxış sayı: 589 dəfə • 2 şərh

forgenc.net_c0brj1ptn_wedding1Tel-Əviv Universitetinin alimləri aşkar edib ki, ailə həyatında xoşbəxt olan insanların ölümcül insulta tutulma riski əhəmiyyətli dərəcədə aşağı düşür. Araşdırmalar 100 mindən çox evli kişi üzərində aparılıb. 1963-cü ildən bəri aparılan araşdırmalara qatılan kişilərin orta yaş həddi 49 olub. Məlum olub ki, 1963-cü ildə tək olan kişilər arasında sonrakı 34 ildə insultdan ölənlər 8,4 faiz təşkil edir. Ailəlilərdə isə bu rəqəm 7,1 faiz təşkil edib. 1965-ci ildə isə eksperimentə qatılanlardan ailələrinin uğurlu və ya qeyri-uğurlu olmasına dair sualları cavablandırmaq istənilib. Bunun nəticəsində məlum olub ki, xoşbəxt olmayan ailələrdə kişilərin insult keçirmə riski digərlərinə nisbətən 64 faiz çoxdur.

Bu da onu göstərir ki, kimin bunu qəbul edib-etməməsindən asılı olmayaraq biz kişilərin xoşbəxtliyi qadınlardan çox asılıdır. Kişini xoşbəxt etmək üçün qadın həm də gözəl görünməyə can atmalıdır. Görünür, bunu bilərəkdəndir ki, qadınlar çox tez-tez gözəllik yarışları keçirirlər.

Bu arada Almaniyada dünyanın ən gözəl top modeli müəyyənləşib.

Sayca 17-ci olan “Top Model of the World” müsabiqəsi Dortmund şəhərində baş tutub. Müsabiqənin qalibi 24 yaşlı kolumbiyalı Karolina Rodrigez olub. İlk üçlükdə isə Venesuela təmsilçisi 23 yaşlı Qabriella Konception və 19 yaşlı amerikalı Muriel Susanna Villera qərarlaşıb.

Qeyd edək ki, müsabiqəyə dünyanın müxtəlif ölkələrindən olan 44 model qatılıb.

Argentinanın prezidenti xanım Kristina Fernandez isə verdiyi açıqlama ilə hamını təəccübləndirib. Xanım Fernandez cinsi güc dərmanı olan viaqraya alternativ kimi donuz ətini məsləhət görüb.

Prezident bunu donuz təsərrrüfatı sahibləri ilə keçirdiyi toplantıda deyib: “Bilmədiyim bir şey öyrəndim. Donuz əti cinsi gücü çoxaldır. Məncə bir parça donuz kababı yemək viaqra qəbul etməkdən yaxşıdır”.

Dövlət başçısı hətta bir neçə gün əvvəl əri ilə birlikdə donuz əti yediklərini və çox gözəl həftəsonu keçirdiklərini deyib.

Qeyd edək ki, Argentina adambaşına düşən mal əti istehlakı üzrə dünyada birinci yerdədir. Hökumət isə ət sektorunda müxtəlifliyi çoxaltmaq məqsədilə və mal ətinin bahalaşması səbəbilə donuz ətini təşviq edir.

Sən demə, dünyada nə kişi, nə qadın olduğu bilinməyən insan da varmış. Avstraliya sakini dünyada cinsi bilinməyən şəxs kimi rəsmən qeydiyyata alınmış ilk insandır. “The Daily Telegraph” qəzeti yazır ki, onun şəxsiyyətini təsdiq edən sənəddə cinsi qrafasına “qeyri-müəyyən” yazılıb. Qeyd edək ki, Şotlandiyada dünyaya gəlmiş Norri Mey-Uelbi oğlan uşağı kimi doğulub. 28 yaşında cərrahiyyə əməliyyatı ilə cinsini dəyişmiş Norri bir müddət sonra qadın olmağı da bəyənmədiyi üçün hormonal preparatların qəbulunu dayandırıb. Hazırda 48 yaşı olan Mey-Uelbi nə qadın, nə də kişi sayılmır. Bu baxımdan rəsmi sənəddə onun cinsi ya kişi, ya da qadın göstərilsə, hər ikisi yalan olcaqdı. Bu səbəbdən də onun cinsini göstərən bölməyə “qeyri-müəyyən” yazılması qərara alınıb.

Bu arada İsveçli alimlər isə maraqlı yeniliyin üstünü açıblar. Alimlər homoseksual kişilərlə normal cinsi oriyentasiyaya malik qadınların beyin quruluşlarının bir-birinə çox bənzədiyini müəyyənləşdiriblər. Üstəlik, o da məlum olub ki, lesbiyan qadınlarla heteroseksual kişilərin beyin quruluşları arasındakı fərq də çox kiçikdir.

Bu arada Polşanın ən nüfuzlu, məşhur senatorlarından biri olan, bir zamanlar kommunizmə qarşı apardığı mübarizəsi ilə tanınan Kriştof Piesesieviçin yayımlanan video görüntüsü aləmi qarışdırıb.

Görüntülərdə senator qadın paltarı geyinərək iki qadın ilə birgə rəqs edir, qadınların müxtəlif yerlərinə əl atır. Daha sonra Kriştof Piesesieviç kokain qoxulayır.

“Super Express” qəzeti bu videogörüntünü qəzetə təqdim edən şəxsin aylarla senatoru şantaj edib, ondan 170 min dollar aldığını söyləyib. Özünü müdafiə etməyə çalışan Kriştof Piesesieviç isə iddia edib ki, onun içkisinə nə isə qatıblar və o, baş verənləri, nələr etdiyini xatırlamır.

Baş nazir Donald Tuskun rəhbərlik etdiyi Mülki İttifaq Partiyasından senator seçilmiş Kriştof Piesesieviçin səlahiyyətləri əlindən alınıb.

Qeyd edək ki, Mülki İttifaq Partiyası bu vaxta qədər Polşada təmiz və əxlaqlı partiya kimi tanınıb.

Və nəhayət sonda daha bir maraqlı məlumat. Dünyanın ən tanınmış kişi jurnalı olan “Aksmen” 2010-cu ilin ən çox arzulanan qadınlarının siyahısını hazırlayıb. Siyahıda dünya şöhrətli 99 qadın yer alıb.

Dünyanın ən çox arzulanan qadını olmaq adı uğrunda mübarizədə 21 türkün də adı var. Bunlar Beren Saat, Sinem Kolbat, Berrak Tüzünataç, Hadisə, Cansu Dərə və başqalarıdır. 99 qadının adının yer aldığı siyahıda ilk yeri aktrisa Emmanuelle Kriqu tutub. İlk üçlüyü fotomodel Marisa Miller və Keyt Beckinsale tamamlayır.

Növbəti yerlərdə isə Qisela Bundxem, Bar Refaeli, Eva Mendes, Penalopa Kruz, Beyons, Cessika Alba, Alessandra Ambrosio, Megan Fox, Natali Portman, Skarlet Yohansson, Adriana Lima, Cessika Biel, Şakira, Heydi Klum, Rihanna, Holli Berri, Ancelina Coli, tennisçi Mariya Şarapova kimi tanınmışların adları var.

Vüsal Mətləboğlu, 168 saat

Facebook Şərhləndirmə:

“Prezidentdən intim tövsiyyələr, senatorun əxlaqsız görüntüləri və 2010-cu ilin ən çox arzulanan qadınları” yazısına 2 cavab

  1. XXX deyir:

    Yazinin muellifi kimdir?

  2. BAHAR deyir:

    DEMELI QADIN GOZELLIYI KISILERIN INSULT KECIRTME RISQINI AZALDIR.HMM…MARAQLIDI.MENCE EKSINE DE OLA BILER.QADIN GOZELLIYI BIRBASA KISININ INSULT KECIRTMESINE SEBEB OLA BILER))))).
    BUTUN GOZELLIK YARISMALARINDA 90% KOLUMBIYA GOZELLERI QALIB GELIB.DEYESEN ORDA HAMI MANKENDI.ONDA BELE CIXIR KI,(ARASDIRMALARA GORE)KOLUMBIYTADA INSULT KECIREN KISI UMUMIYYETLE YOXDU-)))).
    O KI,QALDI QEYRI-MUEYYEN CINSLI INSANA ARTIQ O TEL DEYIL.DUNYADA YETERINCE ELE INSNALAR VAR.NE KISIDI,NE QADINDI.DUNYANIN SONU GELIR AY ALLAH

Şərhinizi yazın