Menu
Geri İrəli

Prezidentdən Sumqayıtda dəstək: 10 milyon manat ayırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2016 • Baxış sayı: 42,963 dəfə • 3 şərh
Share Button

1464933390_ilham-eliyev98Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, yeni sənaye müəssisələri yaradılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, o cümlədən 200 çoxmənzilli binanın dam örtüyü və lift təsərrüfatı yenilənmiş, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, küçə və prospektlərdə müasir işıqlandırma sistemi quraşdırılmışdır. Hazırda 93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır, Musiqi, Şahmat məktəbləri üçün yeni binaların tikintisi, Sumqayıt Dövlət Dram Teatrı binasının, “Kimyaçılar” Mədəniyyət sarayının əsaslı təmiri davam etdirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin, o cümlədən daha 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinin və şəhər avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10,0 (on) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5,0 (beş) milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2016-cı il.

Facebook Şərhləndirmə:
Share Button

“Prezidentdən Sumqayıtda dəstək: 10 milyon manat ayırdı” yazısına 3 cavab

  1. niyaz muellim deyir:

    niyaz muellim deyir:
    19:52 saatda 11 İyun 2016 gün
    Cenab PREZIDENTIN Sumqayita novbeti diqqeti ve qaygisinin tezahuru…Tehsil iscileri adindan SIZE en derin tesekueumu ve minnetrigimi bildirirem. Cox sag olun, CENAB PREZIDENT. Sizin sayenizde Sumqayitimiz daha da gozellesecekdir. Cunki,seherimizin sukani artiq etibarli ellerdedir.Men umudvaram ki,ayirdiginiz 10 milyon manat qepiyine qeder seherimizin gozellesmesine serf edilecekdir. niyaz muellim

  2. Aide deyir:

    Menim proyektim eledir ki,ozunuz de bilirsiz.Dubaydaki awiqlerden biri,Dovlet budcesini alib Azerbaycan sahilinde-Filankes men seni sevirem-zakaz verer gur iwiqlar,projektorlar…ve Sevgilisine zeng eder peyk vasitesile sevgilisine surpriz eder.Biz de,velosipedimizi surerik,ozumuzcun.Turist axini…sonsuz sayda amma men dediyim proektde hamiya yer var,geniwlikdi.

    Pireliyeva Aide Seyideli qizi.

  3. Sahide deyir:

    Men Kelbecer rayunu mecburi kockuniyem 3 yasli oglum var sumqayit seherinde kiraye qaliram veziyetim cox cetindir Cenab Prezident sizden xais edirem meni de sumqayitda qacqin ve mecburi kockunlerin temin etdiyiniz evle bizi de temin edesiniz.menim gelecekde vetene layiqli esker yetisdirmeyim ucun mene komek edin sizden coox xais edirem tek qadinam

Şərhinizi yazın