Menu
Geri İrəli

Putin İlham Əliyevə minnətdarlıq etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2013 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur

Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib. 

 putin“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmiş, yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq Rusiya Federasiyası Prezidentinin bu yaxınlarda Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmi vurğulanıb.

Dövlət başçıları münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın