Menu
Geri İrəli

“Qəbələ” “Sumqayıt”la oyunun hazırlıqlarına başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2013 • Baxış sayı: 232 dəfə • Şərh yoxdur
Share Button

Premyer Liqanın II turu çərçivəsində keçirilən “Qəbələ” – “İnter” (3:2) matçından sonra 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün yenidən doğma məkanda bir araya gəlib. Stadium.az xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında toplanan komanda Premyer Liqanın növbəti – III turunda baş tutacaq “Sumqayıt” – “Qəbələ” oyununun hazırlıqlarına start verib. Hazırlıq prosesinə tam heyətlə qatılan “Qəbələ”nin düşərgəsində yüksək əhval-ruhiyyə müşahidə olunur.

Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” görüşü avqustun 19-u saat 18:00-da start götürəcək. Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın