Menu
Geri İrəli

Qəsəbə sakinləri icra başçısından su istəyir

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2013 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

 

Şəhərimizin İnşaatçılar qəsəbəsi və Katej yaşayış massivinin sakinləri Sumqayıt Su-kanal İdarəsindən narahatdırlar. Qəsəbə sakinləri yaşadıqları ərazidə su təhcizatı və kanalizasiya xidmətinin qaydasında olmadığını qeyd edirlər. Redaksiyamıza ünvanladıqları məktubda qəsəbənin «Opitbaza» adlanan ərazisinin sakinləri Su-kanal İdarəsini üzərinə düşən öhdəlikləri yerinə yetirməyə dəvət edir. Məktubda deyilir:

a075989fcb3c- «Opitbaza» ərazisinin sakinləri yay-qış, həmişə su və kanalizasiya problemləri ilə üz-üzədirlər. Bu yaxınlarda Su İdarəsi bu problemi həll edəcəyinə söz vermişdi. Söhbət ilin əvvəllərindən gedir. Su İdarəsində bizimlə görüşüb dedilər ki, problem həll olunacaq. İdarə rəhbərliyi dedi ki, o ərazidə yaşayan əhalinin borcu çoxdur. Əhali borcunun bir hissəsini versin, biz də ora su çəkək. Dövlət qurumunun şərtinə bir baxın! 5-10 nəfər su pulunu vermir deyə bütün sakinlər əziyyət çəkməlidir?! Bu sövdələşmə bazar söhbətinə oxşamırmı?! Bir neçə ay öncə ərazinin 100 metrliyinə qədər yeni su xətti çəkdilər. Xətti oradaca saxladılar, yenə susuz qaldıq.

Ərazidə istifadə olunan suya görə necə ödəniş aparılmalıdır?! Heç bir mənzildə su sayğacı yoxdur. Şəhər icra başçısının sayğaclaşdırma işinin genişləndirilməsi barədə tapşırığı necə yerinə yetirilir ki, şəhərin içərisində evlərdə su sayğacları qoyulmur.

Burda bütün xəttlər sakinlərin özləri tərəfindən çəkilib. Kustar üsullarla çəkilmiş bu xətlər tez-tez qırılır, partlayır, su itkiləri baş verir. Əraziyə verilən su tez-tez kəsilir və s.

Ərazinin kanalizasiya xətti də qaydasında deyil. Ayda 1-2 dəfə kanalizasyia tutulur, gəlib açırlar, ancaq yenə də eyni şeylər təkrarlanır.

Əlaqədar qurumlardan heç bir xahişimiz yoxdur – onlar bu xahişi əvvəllər eşidiblər. İstədiyimiz şəhər icra başçısı Eldar Əzizovdandır. Xahiş edirik ki, E.Əzizov özü bu məsələni nəzarətə götürsün.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın