Menu
Geri İrəli

QAC-dan 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2012 • Baxış sayı: 358 dəfə • Şərh yoxdur
Share Button

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Sumqayıt şəhər bölməsi Sağlamlıq imkanları məhdud uşaqları 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik etdi

       Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi hər il olduğu kimi bu il də 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi” günü və “Son zəng” münasibəti ilə “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat” məktəbində bayram tədbiri təşkil etmişdir. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi, məktəb kollektivi, Cəmiyyətin könüllüləri və 250-dən artıq uşaq iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim Ayət Kərimova məktəbin şagirdlərini hər iki bayram münasibəti ilə təbrik etdi. Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin kollektivinə onlara daima göstərdikləri qayğıya görə minnətdarlığını bildirdi. Və artıq bir müddətdi həyata keçirilən “Əlil uşaqların sosial inteqrasiyası” layihəsinin onların həyatında müsbət rol oynadığını qeyd etdi. Daha sonra çıxış edən bölmənin sədri Mətanət Məhərrəmova məktəb şagirlərini gözəl bayramları münasibəti ilə təbrik etdi,məzunlara ugurlu gələcək arzuladı.Mütəmadi olaraq bu məktəblə əməkdaşlıqlarını qeyd edən bölmə sədri balaca dostlarını sevindirməkdən məmnun olduqlarını və gələcəkdə də daima onları diqqətlərində saxlayacaqlarını qeyd etdi. Eyni zamanda bu uşaqların əziyyətini çəkən valideynlərə və müəllimlərə gördükləri əziyyətli və şərəfli işlərindəugurlar arzuladı. Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti Təsərüffat  şöbəsinin məsul işçisi Məzahir Əliyev öz adından və şəhər başçısı cənab Eldar Əzizovun adından salamlayaraq təbrik etdi. Bu uşaqların qayğısına qalan, digər sağlam uşaqlardan fərqləndirməyən hər iki quruma öz minnətdalığını bildirdi.  Daha sonra tədbir məktəb şagirdlərinin iştirakı ilə hazırlanmış bədii hissə ilə davam etdirildi. Tədbirin sonunda QAC Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanmış müxtəlif hədiyyələr uşaqlara təqdim olundu və könüllülərlə birgə xatirə şəkilləri çəkdirildi.

Hazırladı: Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın