Menu
Geri İrəli

Qadın sahibkarlara verilən güzəştli kreditlər artırılır?

Müəllif: sumqayitxeber.com • Tarix: 10 May 2013 • Baxış sayı: 148 dəfə • Şərh yoxdur

Ailə, Qadın və Uşaq Komitəsi Azərbaycanda qadın sahibkarlara dövlət xətti ilə daha çox güzəştli kreditlərin verilməsi təşəbbüsü ilə çıxış edib.

Bu barədə komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

Onun sözlərinə görə, ölkədə qadın sahibkarlara verilən güzəştli kreditlərin həcmi o qədər də böyük deyil. Komitənin hesablamalarına görə, sahibkarlıqla məşğul olan qadınlar son 3 il ərzində ümumilikdə 10 mln. manat həcmində güzəştli kredit alıblar.

Komitə rəsmisi qeyd edib ki, qurum ölkədə verilən güzəştli kreditlərin 30%-nin sahibkar qadınlara ayrılmasını təklif edib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın