Menu
Geri İrəli

Qaliblər arasında Sumqayıt məktəbi də var

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Yanvar 2013 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur
“2012-ci ilin yubilyar kitabları” layihəsinə yekun vurulub
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) “Rossotrudniçestvo” agentliyinin Bakıdakı nümayəndəliyinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının “2012-ci ilin yubilyar kitabları” layihəsinin qalibləri olmuş şagirdlər üçün Yeni İl bayramı təşkil edilmişdir. 

Ötən ilin sentyabr ayında start götürmüş bu layihənin yekun mərhələsi dekabr ayında keçirilmişdir. Bir ay ərzində məktəblərdə açıq dərslərə, ədəbi əsərlərin bilicilərinin müsabiqələrinə, məktəb qəzetlərinə, yubilyar əsərlərin motivləri əsasında hazırlanmış səhnəciklərə yekun vurulmuşdur.
RİMM-nin əməkdaşları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun Saray qəsəbəsinin tədris müəssisələrində olmuş, respublikanın digər şəhər və rayonlarından göndərilmiş video-yazılara və slaydlara baxmışlar. Münsiflər heyəti ən yaxşı məktəbləri müəyyən etmişdir. Qaliblər arasında Bakının bir sıra ümumtəhsil müəssisələri – 160 nömrəli klassik gimnaziya , Bakı Slavyan Universitetinin “Məktəb-lisey” kompleksi, Bakı şəhərinin 42, 189, 145, 210 və 129 nömrəli məktəbləri, Xaçmaz şəhərindəki 6 nömrəli və Saray qəsəbəsindəki 3 nömrəli məktəblər, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rus dilinin dərindən öyrənilməsi üzrə pilot layihəsinin iştirakçıları – Bakı şəhərindəki 250, 63 və 95 nömrəli məktəblər və Sumqayıt şəhərindəki 11 nömrəli məktəb vardır.
Qaliblərə xatirə mükafatları və hədiyyələr təqdim edilmişdir.
Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra məktəblilər üçün Şaxta Baba, Qar Qız və digər nağıl personajlarının iştirakı ilə Yeni il tamaşası verilmişdir.
Bu personajların rollarını Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorları ifa etmişlər.
Bayram şənliyinin bütün iştirakçılarına Yeni il hədiyyələri təqdim edilmişdir. /AzərTAc/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın