Menu
Geri İrəli

Qanunsuz ət kəsiminə qarşı mübarizə

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2009 • Baxış sayı: 353 dəfə • Şərh yoxdur

et_54eyrdh“Hər gün baytarlıq sahəsində çalışan 4 nəfər həkim şəhərdaxili müxtəlif ət satışı nöqtələrinə reydə çıxır, orada yoxlama işləri aparılır, antisanitar şəraitdə fəaliyyət göstərən ət kəsiminin qarşısı alınır”. Bu barədə Sumqayıt şəhər Baytarlıq İdarəsindən məlumat verilib. Həmçinin idarə tərəfindən şəhər ərazisində fəaliyyət göstərən fərdi və fermer təsərrüfatlarında profilaktiki peyvəndləmə, seroloji müayinə işləri həyata keçirilir. Cari il ərzində idarə tərəfindən iri buynuzlu heyvanlardan 692, xırda buynuzlu heyvanlardan 281, quşlardan 1873, balıqlardan 260, süd və süd məhsullarından 563 nümunə götürülərək laborator müayinəyə cəlb edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın