Menu
Geri İrəli

“Qarabağın azadlığı üçün hər addımı ata bilərik” – Davudoğlu

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Dekabr 2013 • Baxış sayı: 261 dəfə • Şərh yoxdur
Share Button

Türkiyənin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistana səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb.

AzVision.az türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin baş diplomatı sabah baş tutacaq İrəvana səfər proqramının hələki dəqiqləşmədiyini bildirib. XİN rəhbəri Ermənistan rəsmiləri ilə təkbətək görüşlər keçirəcəyini diqqətə çatdırıb.

Ə.Davudoğlu daha sonra Qarabağ məsələsinə toxunaraq Türkiyənin bu istiqamətdə mövqeyinin dəyişilməz olduğunu bildirib:

“Hər zaman Ermənistan ilə münasibətlərin normallaşmasına önəm vermişik. Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına və problemlərin ərazi bütövlüyü çərçivəsində həll edilməsində Türkiyə hər zaman öz mövqeyini ortaya qoyub”-, deyə Əhməd Davudoğlu əlavə edib.

Ə.Davudoğlu Cənubi Qafqazda sülh üçün hər fikrə, baxışa və yeni cəhdə, lazım olan addımlara atmağa hazır olduqlarını qeyd edib. O, bildirib ki, burada əsas olan hər kəsin Cənubi Qafqazda sülhün bərqərar olması üçün güclü siyasi iradəsini ortaya qoymalıdır.”

daxudoglu 11.12.13

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın