Menu
Geri İrəli

“Qaradağ-Sumqayıt” və “Sumqayıt-Yaşma” qaz kəmərində qaz təchizatı dayandırılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2011 • Baxış sayı: 257 dəfə • Şərh yoxdur

Cari təmir işləri ilə əlaqədar olaraq iyunun 22-də saat 10:00-dan etibarən 500 mm-lik “Qaradağ-Sumqayıt” və “Sumqayıt-Yaşma” qaz kəmərində təbii qazın təchizatı dayandırılacaq. Bu barədə çərşənbə axşamı ARDNŞ-nin məlumatında deyilir.

Təmir müddətində Abşeron rayonunun Müşviqabad, Aşağı Güzdək, Daş Güzdək, Qobu, Ceyranbatan, Saray, Pirəküşkül, Qobustan, Çaylı kənd və qəsəbələrinə, Binəqədi rayonunun Çiçək qəsəbəsinə, Siyəzən rayonunun Zarat, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinə və Sumqayıt şəhərinə mavi yanacağın verilişində fasilələr yaranacaq.TREND.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın