Menu
Geri İrəli

Qazaxıstanın Aktübinsk vilayətinin qubernatorunun başcılıq etdiyi nümayəndə heyəti «Azərikimya» İB-də olub

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2012 • Baxış sayı: 287 dəfə • 1 şərh

Qazaxıstanın Aktübinsk vilayətinin qubernatoru (akimi) Arximed Muxambetovun rəh­bər­liyi ilə vilayətin 20 nəfərdən ibarət böyük nümayəndə heyəti bu gün Sumqayıtda ol­muş və ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin rəhbərliyi ilə görüşmüşdür.

Birliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qonaqları səmimi qarşılayaraq, onlara slayd görünüşlərin müşayiəti ilə Azərbaycanın neft-kimya sənayesinin dünəni və bu günü haqqında məlumat vermiş, sənayenin bu mühüm sahəsinin inkişafı, müasir tələblər səviyyəsində, mövcud standartlara uyğun və mütərqqi texnologiyalar əsasında yenidən qurulmasına ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğıdan danışmışdır.  Sumqayıtda Azot gübrəsi (Karbamid) zavodunun tikintisinə respub­lika Prezidenti İlham Əliyev tərəfindən start verilməsi və «Azərikimya» müəssisələrinə yaxın olan geniş bir ərazidə tələbatın yüksək olduğu, müxtəlif sənaye məhsulları istehsal edəcək kiçik müəssisələrdən ibarət Sumqayıt Kimya texnoparkının yaradılacağı, neft-kimya sənayesinin müasir texnologiyalar əsasında yenidən qurulacaq istehsalat sahələ­rini bacarıqla idarə etməyə qadir olan yüksək ixtisaslı kadrların hazırlanması üçün ARDNŞ-in Ali Neft Məktəbinin təsis olunması, müxtəlif fəhlə ixtisasları üzrə peşəkar fəhlə kadrlarının yetişdirilməsi üçün «Azərikimya»nın xüsusi Təlim-Tədris Mərkəzinin yaxın za­man­lar­da fəaliyyətə başlayacağı barədə məlumatlar qonaqlar tərəfindən maraqla qarşı­lanmışdır.

Aktübinsk vilayətinin qubernatoru ­­­­­­­­­­­­­Qazaxıstan üçün dost və qardaş ölkə olan Azərbaycanın son illər ərzində sosial-iqtisadi inkişaf dinamikasının yüksək tempindən,  yalnız sənaye, neft-kimya sektoru üzrə deyil, həm də idman və mədəniyyət sahəsində də dünya miqyasında böyük uğurlar qazanmasından məmnunluğunu ifadə edərək, müs­tə­qillik əldə etdikdən sonra Qazaxıstanda aparılan böyük quruculuq işlərindən söh­bət açmışdır. Vilayət rəhbəri qeyd etmişdir ki, ölkəsinin iqtisadi inkişafında xüsusi çəkisi yük­sək olan Aktübinsk vilayətində son illərdə neft hasilatının və neft-kimya məhsullarının istehsal həcminin və keyfiyyətinin artırılması üçün mühüm tədbirlər həyata keçirilmiş, neft-qaz və neft emalı sənayesi üçün kimyəvi reagentlər istehsalı üzrə respublikada yeni müəssisələr istifadəyə verilmişdir.

Qazaxıstanda ölkənin neft-kimya sənayesinin perspektiv inkişafı üçün Azərbaycanla iqtisadi əlaqələrin möhkəmləndirilməsinə mühüm əhəmiyyət verildiyini vurğulayan vila­yət rəhbəri vaxtilə Azərbaycan kimyaçıları ilə yaradılmış  əməkdaşlığın, inteqrasiya əla­qə­lə­rinin bərpasının və genişləndirilməsinin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

«Azərboru» ASC-nin görüşdə iştirak edən sədr müavini Azər Məmmədovun  Manqış­lak neftçiləri ilə Azərbaycan metallurqlarının çoxillik ənənəvi əlaqələri, Qazaxıs­tan neft­çilərini bu gün də böyük həcmdə, həm də keyfiyyətli qazma, dərinlik və nasos-kom­pressor boruları ilə təmin etməsi barədə məlumatı qonaqlar tərəfindən diqqətlə din­lənilmiş və bu sahədə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğu­lanmışdır.

Vilayət rəhbəri nümayəndə heyətinin bu səfərinin yalnız Azərbaycan iqtisadiyyatı, o cümlədən neft-kimya sənayesi ilə ümumi tanışlıq xarakteri daşıdığını və yaxın gələcəkdə işgüzar səfərlərin və danışıqların başlanacağını bildirmişdir.

Görüşdən sonra qonaqlar Birliyin foyesində yaradılmış «Heydər Əliyev və Azərbaycan kimyası» foto-guşəsi ilə, Ulu öndərin respublikanın neft-kimya sənayesinin inkişafında xidmətlərini əks etdirən foto-şəkillərlə tanış olmuşlar.

Görüşdə Azərbaycanın Aktübinsk vilayətindəki Baş konsulu Rəşad Məmmədov, Qaza­xıstanın Regional «Aktobe» Texnoparkının və digər müəssisələrinin, ictimai təşkilatla­rı­nın, biznes strukturların rəhbərləri, Qazaxıstanın Mərkəzi televiza və mətbuat nümayən­dələri iştirak etmişlər.

Facebook Şərhləndirmə:

“Qazaxıstanın Aktübinsk vilayətinin qubernatorunun başcılıq etdiyi nümayəndə heyəti «Azərikimya» İB-də olub” yazısına bir cavab

  1. Elman deyir:

    Ada bax e Arximed. O saat bilinir ki Qazaxlıdır.

Şərhinizi yazın