Menu
Geri İrəli

QHT şəhərimizdə qısametrajlı filmlər çəkəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2011 • Baxış sayı: 194 dəfə • Şərh yoxdur

“Uşaqların Gələcəyi Naminə”İctimai Birlik Azərbaycan Respublikası Prezident yanında QHT-lərə dəstək şurasının maliyyə dəstəyi ilə “Dəcəllər”layihəsi çərçivəsində qısametrajlı filmlərin çəkilişləri üçün hazırlıq işləri görür. Layihə çərçivəsində 8 film çəkiləcək .

Birliyin sədri Kəmalə Cabbarova “sumqayitxeber.com”a açıqlamasında bildirmişdir ki, Layihənin zərurəti və vacibliyi Azərbaycan teleməkanında uşaq və yeniyetmələr üçün veriliş və filmlərin yox dərəcədə olmasından yaranmışdır: “Televiziya verilişlərinin insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alsaq belə veriliş və filmlərin teleməkanlarda sayının artırılması mütləqdir. Bu cür layihələrin həyata keçirilməsi uşaqların intelektual səviyyələrinin artırılmasına öz milli adət-ənənələrimizdən uzaqlaşmamasına zəmin yaradacaq. Bir sözlə desək,həmin filmlər tərbiyəvi xarakter daşıyaraq uşaq və yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşmasına köməklik edəcək. Gənc nəsildə zərərli vərdişlərin yaranmasına səbəb teleməkanlarımızda uşaq filmlərinin olmaması nəticəsində onlarda xarici kanallarda nümayiş etdirilən film və verilişlərə marağın artmasıdır.Beləliklə,gənc nəsil iki müxtəlif mədəniyyət arasında qalır. Bu onun həyata baxışını tamamilə dəyişir.Nəticədə ölkəmizdə yeniyetmələrdən ibarət zərərli vərdişlərə yiyələnmiş qruplaşmalar yaranmışdırş belə qruplaşmalar uşaq və yeniyetmələr arasında narkomaniya,əxlaqsızlığın artmasına səbəb olmuşdur.”

K. Cabbarova “Dəcəllər” layihəsinin əsas  məqsədi  uşaq filmlərinin boşluğunu aradan qaldırmaq olduğunu bildirib: “Filmlər gənc nəsildə adət-ənənə sevgisini,vətənpərvərlik tərbiyəsinin yüksəlməsinə,onların pis vərdişlərdən uzaqlaşmasına və istedadlı  uşaqların üzə çıxarılmasına şərait yaradacaq.Milli adət-ənənə,satirik, tərbiyəvi xarakter daşıyan filmlər uzun müddət gələcək nəslin tərbiyələnməsində öz təsirini göstərəcək.Layihənin rəhbəri Kəmalə Cabbarovanın dediyinə  görə bu kimi layihələr uşaqların dünya görüşünün  artması,onların hərtərəfli inkşaf etməsinə kömək edəcək,həmçinin bu kimi layihələrə dəstək qeyri-hökumət təşkilatlarının bu sahədə daha məqsədyönlü olmasına təkan verəcək.”

Qeyd edək ki, “Uşaqların Gələcəyi Naminə”İctimai Birlik 27.05.2010 cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.Bu müddət ərzində İctimai Birlik uşaqların intelektual səviyyəsinin artması və istedadaların üzə çıxması üçün bir neçə layihə həyata keçirmişdir.Eyni zamanda yeniyetmələrin arasında mövcud problemlərin aradan qaldırılması üçün işlər görmüşdür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın