Menu
Geri İrəli

Qızıl Aypara Cəmiyyəti tələbələrlə görüş keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2013 • Baxış sayı: 298 dəfə • Şərh yoxdur

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə Müəllimlər İnstitunun Sumqayıt filialının tələbələri ilə görüş təşkil etmişdir.

Ümumdünya Mülki Müdafiə Günü  —  1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında  duran əsas vəzifələrdəndir.  Ölkəmizdə eləcədə şəhərimizdə də bu gün qeyd olunur. Sumqayıt şəhər İcra Hakimiyyətinin illik Mülkü Müdafiə planına əsasən Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi şəhərimizdə təşkil olunan bütün mülki müdafiə təlimlərində əməkdaşları, mobil dəstə üzvləri və texniki avadanlıqları ilə birgə iştirak edir.

1 mart Ümumdünya Mülki Müdafiə günü münasibəti ilə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Müəllimlər İnstitunun Sumqayıt filialının tələbələri ilə görüş təşkil etmişdir. Görüşdə İnstitunun tələbə və müəllim heyəti, Sumqayıt regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin əməkdaşları və QAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və mobil dəstə üzvləri iştirak edirdilər. Öncə QAC əməkdaşları tədbir iştirakçılarına  günün mahiyyəti, təsis olunduğu tarixlə bağlı məlumat vermiş  və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin Mülki Müdafiə sahəsində gördüyü işlərdən ibarət foto slayd təqdim etmişdir.  Daha sonra QAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarının təqdimatında “İlk yardım” üzrə təlim keçirilmişdir. Təlim zamanı qanaxmalar, sınıqlar, yanıqlar, zəhərlənmələr və s. mövzularda ilk yardım vərdişləri nümayiş etdirilmişdir. Və eyni zaman da tələbələri maraqlandıran digər suallar da cavablandırılmışdır. Fövqəladə Hallara Hazırlıq mövzusuna həsr olunmuş film də tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Sonda tələbələrə QAC-ın fəaliyyətini və digər sağlamlıq mövzularını özündə əks etdirən buklet və braşuralar paylanılmış və xatirə şəkilləri çəkdirilmişdir.

Təlim zamanı göstərdikləri xüsusi fəallıqlarına görə Mobil dəstə üzvləri -  Elşad Hacımuradov, Nərmin Məzahirli, Tural Nadirli, Elnur Behbudov və Ləman Dünyamalıyevaya xüsusi təşəkkürümüzü bildiririk.

QAC Sumqayıt şəhər bölməsinin baş təlimatçısı, Fizzə Qədimova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın