Menu
Geri İrəli

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Beynəlxalq Qızıl Xaç Komitələrinin ekspertləri ilə görüş keçirildi

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 1 May 2014 • Baxış sayı: 922 dəfə • 1 şərh

   10156010_262858050560998_7019337901494696312_n (1)

  30 aprel 2014-cü il tarixində   Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə “İlk yardımın qiymətləndirilməsi və potensialın öyrənilməsi”  mövzusunda Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər  bölməsində  görüş keçirildi. Görüşdə Cenevrə Beynəlxalq Qızıl Xaç komitəsi və Avstriya Qızıl Xaç Cəmiyyətinin ilk yardım sahəsi üzrə ekspertləri  xanım Megan Turkington və Dr. Gernot Gromer, Azərbaycan  Qızıl Aypara Cəmiyyəti Sağlamlıq şöbəsinin rəhbəri Şahin Biləndərli,  Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı   Nümayəndəliyinin  Əməkdaşlıq üzrə  məsul işçisi Rasim Allazov ,Azərbaycan Qızıl Aypara Cəmiyyəti Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva,  eləcə də  Qızıl Aypara Cəmiyyətinin Sumqayıt  şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, bölmənin işçi heyəti və könüllüləri  də iştirak etdilər. Görüş zamanı  QAC Sumqayıt şəhər bölməsinin fəaliyyəti haqqında məlumat verildi. Bölmə tərəfindən ilk yardım mövzusunda  hazırlanmış video-slayd  və  şəkillər nümayiş olundu, qonaqlar ilk yardım vərdişlərinin aşılanması üçün istifadə olunan əyani vəsait və avadanlıqlarla  tanış oldular. Bu sahənin inkişaf etdirilməsi üçün təkliflər irəli sürüldü. Qonaqlar çox yüksək təəssuratlarla ofisdən ayrılaraq Təcili Tibbi Yardım Xəstəxanasının  və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları  ilə  görüşdə iştirak etdilər. Qonaqlar təcili tibbi yardımın mövcud vəziyyəti ilə  yaxından tanış oldular. Sonda qonaqlar üçün çay süfrəsi təşkil olundu,  görüş iştirakçıları ilə xatirə şəkli çəkildirildi.

IMG_0982

10176103_262858183894318_200543581463404222_n (1)

IMG_0809 (1)

IMG_0946 (1)

IMG_0974

Facebook Şərhləndirmə:

“Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Beynəlxalq Qızıl Xaç Komitələrinin ekspertləri ilə görüş keçirildi” yazısına bir cavab

  1. Yusifova Zenfira Famil qizi deyir:

    Oglum Isgenderli Ceyhun Karlen oglu anadan gelme 1ci qrup elildi . Anadan gelme usagim serebral iflicidir . Mene dovlet terefinden hec bir komeklik gosterilmir . Sizden xahisim mene koeklik edin . Men turkiye respublikasinda yasamak ucun sizden siginacaq isteyirem . Bu haqda sizden komeklik isteyirem . Elaqe nomrem : ( 00994 ) 50 789 33 089

Şərhinizi yazın