Menu
Geri İrəli

Qızıl Ayparaçılar sumqayıtlı ahılları unutmadı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2013 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi də öz missiyasına və həmçinin Ramazanın özəlliklərinə əsasən bu gözəl ayda yenə də yüzlərlə ailəni sevindirməyə çalışıb. Bu barədə sumqayitxeber.coms aytına  Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər  bölməsindən məlumat veriblər.

Avqust ayının 8-də Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər  bölməsi Ağsaqqallar şurasında 100 nəfər  tənha-kimsəsiz qoca ilə bayram görüşü təşkil etmişdir. Tədbirdə QAC Sumqayıt şəhər  bölməsinin sədri Mətanət Məhərrəmova, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov iştirak edirdilər. Tədbiri QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova açaraq ömrünün ahıl çağlarını yaşayan insanları bayram münasibəti ilə təbrik etmiş və hər zaman imkanları daxilində onlara dəstək olacaqlarını bildirmişdir. Həmçinin  geniş səpkili xeyriyyə tədbirləri, aksiyaların həyata  keçirilməsində bölməyə yaxından dəstək olan Sumqayıt şəhər İcra Hakimiyyətinə dərin minnətdarlığını bildirmişdir. Daha sonra çıxış edən  Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov öz çıxışı zamanı tədbir  iştirakçılarına  Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı cənab Eldar Əzizovun salamlarını və təbriklərinin çatdırmışdır. Həmçinin çıxışında QAC Sumqayıt şəhər bölməsinin bu təşəbbüsünün 10 ildən artıqdır davam etdiyini və bunun da hər zaman şəhər rəhbərliyi və şəhərimizin sakinləri  tərəfindən müsbət qarşılandığını qeyd etmişdir.  Çıxışlardan sonra 100 nəfər tənha-kimsəsiz, ehtiyaclı qocaya ərzaq bağlamaları paylanılmışdır. Bundan əlavə 20 nəfər yataq xəstəsi olan qocaya ərzaq bağlamaları könüllülər tərəfindən evlərinə çatdırılmışdır.

Ümumilikdə bu tədbir zamanı 120 nəfər qocaya ərzaq bağlamaları paylanılmışdır.

ramazan 1 ramazan 2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın