Menu
Geri İrəli

Qoy işığı yandırım…Əgər “Sumqayıtelektrikşəbəkə” ASC imkan versə

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2009 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

Barmek özəl türk şirkətinin açıq-aşkar şəkildə ölkəmizdən (bəzi inhisarçı məmurların sayəsində) qovulmasından sonra vətəndaşlarımız sevindi ki, bəs bundan sonra (əslində olmayan işıq) problemərinə hökumət tərəfindən bir əlac ediləcək. Amma atalar da yaxşı deyib, sən sadə vətəndaş saydığını say, gör iqtidar nəyi və yaxud kimi sayacaq. Bundan sonra əhalinin elektriklə təminatını öz üzərinə götürən hökumət xalqa yağlı vədlər verməyə başladı. Guya bundan sonra əhalini Avropa standartlarına uyğun elektriklə təmin edəcək. İnsanlar isə bir qədər vaxt keçdikdən sonra aldandıqlarını anladılar. Onlara yazılan köhnə ildən qalmış və şişirdilmiş borc kağızları buna əyani sübutdur. Qısası, insanların elektrik enerjisi ilə təchizatında və əhaliyə yazılan şişirdilmiş borc rəqəmlərindən sonra onların əsil qara günləri başladı. 2007-ci ildə əhalinin işlətdiyi kommunal xərcləri 2 dəfə qaldırdıqdan sonra onları müxtəlif üsullarla bu borcları ödəməyə məcbur etdilər. Onlara xəbərdarlıq edilmədən köhnə ildən yığılıb qalmış borcları bəhanə gətirərək işıqları kütləvi şəkildə kəsilməyə başladı. Son günlər bir çox qəzet redaksiyalarına vətəndaşların işlətdiyi enerjidən artıq pul yazılması ilə bağlı şikayətlər daxil olmaqdadır. Bu günlərdə daha dəqiq desək 2008-ci il aprelin 2-də bir qrup Sumqayıt şəhər sakini İsmayılova Bəsti Cəlal qızı, Qədirova Dilbər Səlim qızı, Bayramov Ayaz Yusif oğlu, Abgülov Sahib Abgül oğlu və Həsənov Lətif Yusif oğlu «Sumqayıtelektrikşəbəkə» ASC-nin onlara qeyri-qanuni borc yazılması iddiası ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət ediblər. Şikayətçilər iddiada ərizəsində qeyd edirlər ki cavabdeh tərəf kimi «Sumqayıtelektrikşəbəkə» ASC tərəfindən onların özəl həyatına və mülkiyyət hüququna müdaxilə edilib. Nəticədə onlara həm mənəvi, həm də maddi ziyan dəydiyini əsas gətirərək mənəvi ziyanın əvəzi kimi hər-birinə 5000 manat miqdarında pul ödənilməsini və «Sumqayıtelektrikşəbəkə» ASC-nin vəzifəli şəxsləri barəsində mülki qaydada xüsusi qərardad çıxarılmasını tələb kimi qoyulub. Bu baradə iddiaçılardan biri Sumqayıt şəhər 2-ci məhəllə ev1a, 45 saylı mənzilin sakini 80 yaşlı İsmayılova Bəsti Cəlal qızı məktubunda qeyd edir ki, o, 1985-ci ildə Sumqayıtda yerləşən zəhərli zavodların birində işlədiyi zaman xəsarət alaraq əmək qabiliyyətini itirib. Hal hazırda birinci qrup əlilldir. On beş ildən çoxdur, yataq xəstəsi olduğu üçün ona qızı baxmalı olur. Bundan əlavə 1992-ci ildə 1-ci Qarabağ savaşında bir oğlunu vətən uğrunda şəhid verib. Onun xəstəliyi ilə əlaqədar hər gün iynə və dərman vurulur, altı təmizlənir. Ancaq bir neçə aydır «Sumqayıtelektrikşəbəkə» ASC-nin əməkdaşları borcları bəhənə edərək gəlib işığımı kəsdiyindən bir neçə dəfə axşam qaranlıq olduğundan mənə iynə vurulmayıb. İnanın elə vaxt olur ki, işıq olmadığından ayaqyoluna da gedə bilmirəm. Necə deyərlər, vəziyyətim dözülməzdir. Bu baradə bir neçə dəfə prezidentə məktub yazmışam. Çox təəssüf ki, bu vaxta kimi şikayətimə cavab verilməyib. Digər şikayətçi 41 yaşlı 2-ci qrup əlil Abgülov Sahib Abgül oğlu şikayətində qeyd edir ki, 81 manat müavinət alır. Hər ayda bu puldan 20-30 manatı işlətdiyi elektrik borcunu ödəyir. Ancaq bir gün evə qəbz gətirən «Sumqayıtelektrikşəbəkə» ASC-nin əməkdaşları onun 1100 manat borcu olduğunu bildirərək onun elektrik xəttini kəsiblər. Bu borcun hardan yarandığını heç cür anlamıram. Mən 2 otaqda 3 nəfər necə bu qədər işıq yandıra bilərəm. Bu əsil sensasiyadır, xahiş edirəm bunu olduğu kimi qəzetinizdə qeyd edin. Digər şikayətçilər də məktubunda onlara qanunsuz borc yazıldığını bildirirlər. Onların sözlərinə görə 5 may 2008-ci ildə Sumqayıt məhkəməsində işə baxmaqdan imtina edildiyindən növbəti instansiya kimi Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etdik. Sentyabrın 10-da Sumqayıt Apelyasiya Məhkəməsi işə baxaraq iddiamızı təmin etdi və baxılması üçün yenidən Sumqayıt şəhər Məhkəməsinə göndərdi. Bunuda qeyd edim ki məhkəmədə iştirak edən «Sumqayıtelektrikşəbəkə» ASC-nin hüquqşünası Mustafayev Ceyhun Mustafa oğlu məhkəmədə çıxış edərək şikayətçilərin hamısının borcunun yarısının silindiyini əsas gətirərək məhkəmədə şikayətçilərin iddiasını geri götürməyi çağırdı. Sözsüz bizdə bununla heç cür razı qala bilməzdik. Sonuncu dəfə 03 noyabr 2008-ci ildə Sumqayıt şəhər Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə işə baxaraq qətnamə çıxarmışdır. Qətnamədə deyilir İddiaçıların «Sumqayıtelektrikşəbəkə» ASC tərəfindən onlara məxsus mənzillərə dair elektrik enerjisindən istifadəyə görə borcun silinməsi hissəsi təmin edilsin. İddiaçı Bayramov Ayaz Yusif oğlunun, Həsənov Lətif Yusif oğlunun, Abgülov Sahib Abgül oğlunun mənzilinin 65 manat kreditor borcu olunması müəyyən edilsin. Digər şikayətçilərin isə İsmayılova Bəsti Cəlal qızı və Qədirova Dilbər Səlim qızının isə mənzilinin 6 manat borcu olması müəyyən edilsin. Bu qərardan 3 ay vaxt keçsə də, nəyə görəsə qarşı tərəf məhkəmənin qərarını yerinə yetirməkdən boyun qaçırdıb. Bundan sonra iddiaçılardan biri Bayramov Ayaz Yusif oğlu informasiya sorğusu ilə Məhkəmə Qərarlarının İcrası Şöbəsinə və «Sumqayıtelektrikşəbəkə» ASC-yə müraciət edərək məhkəmə qərarının yerinə yetirilməsini tələb edib. Amma bu informasiya sorğusuna bu günə kimi qarşı tərəf cavab verməkdən imtina edib. Qeyd olunanlarla ilə bağlı qarşı tərəfində münasibətin öyrənməyə çalışdıq. Bizə müsahibəsində «Sumqayıtelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəisi Anar Quliyevin sözlərinə görə əhaliyə 2000-ci ildən 2006-cı ilə kimi köhnə borclar istifadəçilərin otaqlarının sayına müvafiq olaraq hesablanıb. «Şikayətçilərin artıq pul yazılmaları ilə bağlı deyilənləri isə mən, ümumiyyətlə, başa düşə bilmirəm. Məhkəməyə müraciət edən sakinlər köhnə ildən yığılıb qalmış borclarını ödəmədiklərindən onların elektrik enerjisi dayandırılıb. Hər bir abonent kimi onlar da istifadə etdikləri elektrik enerjisinin haqqını vaxtında ödəməlidir. Sözü gedən binada 88 abonent yaşayır və onların elektrik enerjisindən istifadəyə görə 16 min 550 manat borcları var. Məhkəməyə müraciət edən 5 ailə də bu siyahıya daxildir. Həmin ailənin üst-üstə 1000 manatdan çox borcu yığılıb qaldığından biz məcbur olduq onların işığın kəsək. Qaldı Sumqayıt şəhər Məhkəməsinin qərarına biz onunla razı olmadığımız üçün qətnamə bizə gəlib çatandan sonra mütləq Apelyasiya şikayəti verəcəyik. «Hüquqi Dövlət» Araşdırmalar Forumunun prezidenti, Müzəffər Baxışov 2000-ci ildən bu günə kimi yazılan borcların düzgün və qanuni olmadığını deyir. «2000-ci ildə qoyulan plana əsasən 3 il ərzində işığa olan borc ödənilməli idi. Əgər ödənməyibsə, bu 8 ildən əvvəlki borcların yığılması qanuna əsaslanmır. Əslində «Barmek»-dən sonra Səhmdar Cəmiyyətə sevrilən «Sumqayıtelektrikşəbəkə» əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatına söz versə də, biz bunun əksini görmüşük. Bunlar, ya qanunsuz yolla əhaliyə borc yazır, ya da öz işinə vicdanla yanaşmır. Yoxsa əhalinin demək olar ki, hamısı onlardan narazı olmazdı.

Elçin Həsənov

Bu yazı, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin elan etdiyi müsabiqəyə təqdim edilir

Facebook Şərhləndirmə:

Şərhinizi yazın