Menu
Geri İrəli

“Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2013 • Baxış sayı: 573 dəfə • 1 şərh
Share Button

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr edib.

 Tarix İnstitutundan APA-ya verilən məlumata görə, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi və baş redaktorluğu ilə nəşr edilən monoqrafiya erməni işğalı altında qalan qədim Azərbaycan yurdu Qubadlının tarixi haqqındadır. Əsər ən qədim zamanlardan yaşadığımız günlərədək Qubadlı tarixini əhatə edir. Tədqiqatda Qubadlının qədim Azərbaycan torpağı Zəngəzurun ayrılmaz tərkib hissəsi olması təkzibolunmaz tarixi faktlar və arxiv sənədləri əsasında sübut olunur. Əsərdə Qubadlı sakinlərinin erməni işğalçılarına qarşı mübarizəsinə, erməni təcavüzkarlarının rayon ərazisində törətdikləri dağıntılara, tarixi abidələri məhv etmələrinə və törətdikləri vəhşiliklərə dair faktlara geniş yer verilib. 5 fəsildən ibarət olan monoqrafiya elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 Monoqrafiyanın yığcam variantı rus və ingilis dillərində də nəşr edilib.

Facebook Şərhləndirmə:
Share Button

““Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub” yazısına bir cavab

  1. Hikmet deyir:

    bu kitabi nece elde etmek olar.

Şərhinizi yazın