Menu
Geri İrəli

Qurban Qurbanov: “Bu, “Sumqayıt Şəhər”in oyununa təsir etdi”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2011 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur

«Sumqayıt-Şəhər»lə çempionat oyununda beş xal itirməyimiz futbolçularımızda bir qədər stress yaratmışdı. Bilirdik ki, rəqibimiz müəyyən oyun sxeminə malik bir komandadır. Ona görə də maraqlı oyun alındı».

Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov «Sumqayıt Şəhər»ə ölkə kubokunun 1/8 finalında 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.

O deyib ki, üç qol vurduqdan sonra oyunun tempini aşağı salmayıblar. «Sumqayıtda çoxlu gənc var. Zənnimcə, onlarda bəzi futbolçuların zədəsi səbəbindən meydana çıxmaması oyunlarına təsir etdi».
Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın