Menu
Geri İrəli

Ramil Usubov Sumqayıtda qəbul keçirəcək – POLİS OLMAQ İSTƏYƏNLƏR HAZIRLAŞSIN

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2015 • Baxış sayı: 921 dəfə • Şərh yoxdur

ramil usubovDaxili işlər naziri Ramil Usubov dekabrın 19-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumara görə, qəbul saat 10:00-da Sumqayıt şəhər Polis İdarəsində keçiriləcək. Nazir Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Nazirlikdən bildiriblər ki, qəbul başa çatdıqdan sonra həmin gün saat 12:00-da, nazir R.Usubov tərəfindən Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Sumqayıt şəhər Polis İdarəsində sıra baxışı keçiriləcək.

Sıra baxışında yalnız qeyd olunan şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:

- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda qeyd olunan şəhər, rayon polis orqanlarında 20 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın