Menu
Geri İrəli

Ramil Usubov Sumqayıtda vətəndaşlarla görüş keçirdi

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 29 Noyabr 2014 • Baxış sayı: 781 dəfə • Şərh yoxdur

Ramil-Usubov1

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıtda növbəti dəfə vətəndaşları qəbul edib. Lent.az-ın məlumatına görə, Şəhər Polis İdarəsində keçirilən qəbulda Sumqayıt, Abşeron, Qobustan sakinləri, eyni zamanda, Qubadlı və Zəngilan rayonlarından olan bir qrup məcburi köçkün iştirak edib.

Müraciətləri dinləyən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 133 nəfər də qəbulda iştirak edib. Daxili işlər naziri onların arasından xidmətə yararlı olan gənclərin, o cümlədən 2 qızın sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə tapşırıq verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın