Menu
Geri İrəli

Ramil Usubov SumqayıtdaSumqayıtda vətəndaş qəbulunun vaxtını dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2015 • Baxış sayı: 679 dəfə • Şərh yoxdur
Share Button

axar.az1391370325ramilDaxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 5-də saat 10:00-da Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon sakinlərini Sumqayıt şəhər Polis İdarəsində qəbul edəcək.

Daxili İşlər Nazirliyindən (DİN)Trend-ə daxil olan məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbul başa çatdıqdan sonra saat 12:00-da R.Usubov tərəfindən Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Sumqayıt şəhər Polis İdarəsində sıra baxışı keçiriləcək.

Sıra baxışında yalnız qeyd olunan şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:

- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 25 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda qeyd olunan şəhər, rayon polis orqanlarında 20 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

Qeyd edək ki, bundan əvvəl R.Usubovun Sumqayıtda vətəndaş qəbulunu dekabrın 19-da keçirəcəyi bildirmişdi.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın