Menu
Geri İrəli

Ramil Usubov və Zakir Qaralov Sumqayıtda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2010 • Baxış sayı: 357 dəfə • Şərh yoxdur

Zakir-Qaralov-Ramil-UsubovDaxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov Sumqayıtda baş vermiş silahlı insidentlə bağlı bu şəhərdə olublar.

Sumqayıt şəhərinin hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, R.Usubov və Z. Qaralov ötən həftənin sonunda Sumqayıta gedərək, fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevin ölümü, atası İsmayıl Balayevin isə ağır yaralanması ilə nəticələnən cinayət hadisəsinin istintaqı ilə maraqlanıblar. R.Usubov və Z.Qaralovun iştirakı ilə hadisə şahidləri dindirilib, əldə olunan sübutlar analiz edilib. Bundan başqa, baş prokuror və daxili işlər naziri istintaq materialları ilə yaxından tanış olaraq əməliyyat qrupuna zəruri tapşırıqlar veriblər. Qeyd edək ki, fevralın 20-də Sumqayıt sakinləri İsmayıl Balayev və onun oğlu Vüqar Balayev iş yerinə gedərkən Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə xəsarətlə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib. Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin fotorobotu da hazırlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Sumqayıtda silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.

LENT.AZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın