Menu
Geri İrəli

Rəfael Ağayev finala vəsiqə qazandı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2015 • Baxış sayı: 575 dəfə • Şərh yoxdur

Rəfael Ağayev“Karatemizin Maradonası” təxəllüslü idmançımız Rəfael Ağayev 75 kq çəki dərəcəsində finala yüksəlib.

Lent.az-ın məlumatına görə, o, ilk görüşdə ukraynalı İlya Nikulinə 3-0 hesabi ilə qalib gəlib. R. Ağayev ikinci görüşdə türkiyəli idmançı Erman Eltemuru ilə qarşılaşıb. Həmyerlimiz bu qarşılaşmada 3-5 hesabı ilə məğlub olub.

Qrupun sonuncu qarşılaşmasılnda Latviyanı təmsil edən Ruslan Sadıqovla qarşılaşan idmançımız 3-1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Rafael Ağayev yarımfinal yarışmasında alman Bitsch Noahla qüvvəsini sınayıb. Görüş 1-0 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın