Menu
Geri İrəli

“Region tələbələrinin karyera inkişafı” layihəsinə start verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2013 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi Sumqayıt Tələbələr İttifaqı “Region tələbələrin karyera inkişafı” layihəsi çərçivəsində 12 oktyabr tarixində Sumqayıt şəhərində regionda yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə karyea inkişafı ilə bağlı təqdimat mərasimi keçirilib. Təqdimatda iştirakçılara layihə çərçivəsində  görüləcək işlərlə bağlı məlumat verilib. Layihə müddətində region tələbələri şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, CV və niyyət məktubunun hazırlanması haqqında bilik və bacarıqlar əldə edəcəklər. Eyni zamanda treyninq iştirakçılarına mövzu ilə bağlı  müxtəlif elektron və çap materialları paylanılacaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın