Menu
Geri İrəli

“Regionlarda Gənclərə dəstək” layihəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2010 • Baxış sayı: 167 dəfə • Şərh yoxdur

“ Demokratik Gənclər” İctimai Birliyi  05.07.2010-cu ildə Aztechno/Mega Soft LTD ilə birgə ile “Regionlarda Gənclərə dəstək” layihəsini həyata keçirmək üçün əməkdaşlıq müqaviləsi imzalamışdır. Bu müqavilə çərçivəsində çərçivəsində Sumqayıt şəhərində artıq 250 nəfər şəhər sakininə  pulsuz kompüter və ingilis dili  kursları  keçirilmişdir. Bu kursları həyata keçirməkdə əsas məqsədimiz şəhərimizin sakinlərinin kompüter və ingilis dili savadlılığının artırılmasına köməklik etməkdir. Bu gün bizim üçün sevindirici haldır ki, Biz bu layihəni əsasən gənclər üçün nəzərdə tutmağımıza baxmayaraq, bizim bu layihəmizdə kompüter kurslarında iştirak etmək üçün, 2 nəfər 50 yaşlı Sumqayıt şəhər sakində vardır. Bundan əlavə olaraq, biz azyaşlı uşaqlar üçün də kompüter kursları təşkil etmişik. Dərslər  Aztechno/Mega Soft LTD –nin ofisində keçirilir. Tələbələrin qəbulu 2 fazada aparılır. I Fazanın dərsləri  iyun ayının 15- dən artıq başlanmışdır. Dərslər peşəkar müəllimlər tərəfindən aparılır. Kursların sonunda hər bir tələbəyə bu kursları keçdiyi üçün müvafiq sertifikatlar veriləcək.

II Fazanın dərslərinin başlanması üçün artıq iyul ayının 25-dən ərizə qəbulu başlanmışdır. Bu kurslarda iştirak etmək üçün, ərizələrin son qəbul  tarixi avqust ayının 20 kimidir. Bu Layihənin həyata keçirilməsində təşkilatı dəstək “168”saat qəzeti tərəfindən həyata keçirilir. Bu kurslarda iştirak etmək istəyənlər bu layihənin koordinatorü Abbas Orucəliyevlə əlaqə saxlaya bilər

Abbas Oruceliyev
Aztechno/Mega Soft LTD
Tel: (050/055/070)331 31 63
(012)490 61 71/72/74
(012)418 31 63
fax : (012)490 61 73

Facebook Şərhləndirmə:

Şərhinizi yazın