Menu
Geri İrəli

Respublika Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2014 • Baxış sayı: 702 dəfə • Şərh yoxdur

Akademik Zərifə Əliyeva adına Respublika Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası Sumqayıtda növbəti humanitar aksiyasına başlamışdır.
AzərTAc xəbər verir ki, aksiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci illiyinə həsr edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə tapşırığı ilə yaradılan səyyar klinika müasir diaqnostik və cərrahi avadanlıqla tam təmin edilmişdir.
Üç gün davam edəcək humanitar aksiya çərçivəsində göz xəstəliklərindən əziyyət çəkənlərin əksəriyyəti yerindəcə müalicə olunacaq, müalicəsi qısa müddətdə mümkün olmayan xəstələr isə respublikanın tibb mərkəzlərinə göndəriləcəklər.
Aksiyanın birinci günündə müayinəyə şəhərin tələbələri cəlb olunmuşlar.

1399460419

Facebook Şərhləndirmə:

Şərhinizi yazın