Menu
Geri İrəli

Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı əhaliyə müraciət edib

Müəllif: Sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2015 • Baxış sayı: 298 dəfə • Şərh yoxdur
Share Button
zelzele-gostericisiAMEA Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib

Mərkəzdən APA-ya verilən məlumatda vətəndaşlara yeraltı təkanlarla bağlı yayılan qeyri-dəqiq informasiyalara inanmamaq tövsiyə olunur: “Zəlzələ təbiət hadisəsi, yerin təkində gedən prosesdir. Seysmoloji Xidmət Mərkəzi olaraq bizim borcumuz baş verən hadisələrlə bağlı cəmiyyəti düzgün informasiya ilə məlumatlandırmaqdır. İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstərir”.

Mərkəzdən əlavə ediblər ki, baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər.

Qeyd edək ki, bu gün saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın