Menu
Geri İrəli

Ronaldonun bacısı Acunun “Survivor”ında

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 899 dəfə • Şərh yoxdur
Share Button

a41292211451 02af693c80ef 30f6ea94e5c3 036ac0de1963 3463a8305bea 640030d9a2c1Türkiyəli məşhur təşkilatçı və aparıcı Acun Ilıcalının təşkil etdiyi “Survivor” yarışmasının bu ilki buraxılışına maraqlı insanlar yer alıb. ANS PRESS-in məlumatına görə, dünya ulduzu hesab edilən portuqaliyalı futbolçu Kriştiano Ronaldonun bacısı Katia Aveyro ölkəsində keçirilən “Survivor” yarışmasına qatılacaq.

Katia yerli Tele 5 kanalı ilə razılığa gəlib. Ronaldo isə öz növbəsində bacısının qərarını dəstəklədiyi bildirib.

Qeyd edək ki, K.Aveyro ötən ildən etibarən insanlar tərəfindən tanınmağa başlanılıb. Xanım “Boom Sem Parar” adlı mahnı ifa edib və “Youtube” video paylaşım şəbəkəsinə yerləşdirdikdən sonra az bir müddətdə 1 milyondan çox izləyici toplayıb.

Xatırladaq ki, “Survivor” yarışmasına qatılanlar sırasında Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı olan aktyor Tolqa Karel də qatılıb. Supermodel İrina Şeykin sevgilisi olan Ronaldonun bacısının fotolarını sizə təqdim edirik.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın