Menu
Geri İrəli

Rövnəq Abdullayev Sumqayıtda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2010 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur

ARDNŞ rəhbərliyi “Azərikimya” İstehsalat Birliyində olub

2010-cu il noyabrın 13-də ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkət rəhbərliyinin nümayəndələri “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmaq məqsədi ilə Sumqayıt şəhərində olmuşlar. Səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi əvvəlcə “Azərikimya” İB əməkçilərinin Sumqayıt-Quba magistralı boyunca kimya müəssisələrinə bitişik ərazilərdə keçirdikləri yaşıllaşdırma aksiyasında iştirak etmişdir. ARDNŞ prezidenti Rövnəq Abdullayev burada ağac əkmişdir. Ona məlumat verilmişdir ki, kimyaçılar son aylar ərzində mütəmadi olaraq iməciliklər keçirmiş, həmin sahədə 22 mindən artıq ağac əkmiş, onlara aqrotexniki qulluq göstərmiş, suvarma üçün əlavə xətlər çəkmiş, ərazidə abadlıq işləri aparmışlar. Bildirilmişdir ki, 13-14 noyabr aksiyasında 3 min ağacın əkilməsi planlaşdırılır. Sonra ARDNŞ prezidenti “Azərikimya” İB-nin müəssisələrində aparılmış əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə maraqlanmış, müəssisələrin istehsalat fəaliyyəti ilə tanış olmuşdur. “Üzvi sintez” zavoduna baş çəkən Şirkət rəhbəri zavodun qarşısındakı geniş meydançada İstehsalat Birliyinin Nəqliyyat və Xüsusi Texnika İdarəsi üçün ayrılmış 40-dək yeni maşın və xüsusi texnikaya baxış keçirmişdir. Daha sonra «EP-300» və «Polimir-120» istehsalat sahələrində aparılmış təmir işlərinin gedişi ilə tanış olan ARDNŞ prezidenti Birliyin rəhbər və mütəxəssisləri ilə “Üzvi sintez” zavodunun istehsalat məsələləri haqda fikir mübadiləsi aparmışdır. Daha sonra ARDNŞ prezidenti və Şirkət rəhbərliyinin nümayəndələri Mərkəzi Neftçilər Xəstəxanasının Etilen-polietilen zavodu ərazisində yeni yaradılmış Təcili-tibbi yardım stansiyasının açılışında iştirak etmişlər. Bildirilmişdir ki, Sumqayıt kimyaçıları üçün ilk dəfə olaraq müasir standartlar səviyyəsində yaradılmış yeni tibb ocağı keçmiş “Kimyaçı” poliklinikasının əsaslı təmir olunmuş binasında yerləşir. Bu tibb ocağında kardiomonitor, süni tənəffüs aparatı və digər müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Təcili-tibbi yardım stansiyasında reanimasiya, müayinə, müşahidə, tibb personalı otaqları yaradılmışdır. Burada həkim, tibb bacısı, reanimatoloq və xüsusi tibbi hazırlığı olan sürücülərin daxil olduğu 4 təcili yardım briqadası sutka ərzində növbəli rejimdə fasiləsiz fəaliyyət göstərəcəkdir. Ən çətin şəraitdə belə mühüm və operativ tibb xidməti göstərmək imkanına malik olan müasir avadanlıqlarla təchiz olunmuş «Ford» markalı təcili tibbi yardım maşını stansiyanın sərəncamına verilmişdir. ARDNŞ prezidenti Rövnəq Abdullayev Birliyin Təmir-tikinti idarəsinin yeni inzibati binasına baxış keçirmiş, burada işçilər üçün yaradılmış iş şəraiti və quraşdırılmış yeni müasir texnika ilə tanış olmuşdur. Aparılmış təmir işlərindən razılığını bildirən Şirkət prezidenti İB-nin digər müəssisələrində davam edən əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar vermişdir. ARDNŞ rəhbərliyinin Sumqayıta səfəri Etilen-polietilen zavodunun əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş inzibati binası, orada kimyaçıların işinin səmərəli təşkili məqsədilə yaradılmış kompüter-rabitə şəbəkəsinin işi, kimyaçıların əmək şəraiti ilə tanışlıqla davam etdirilmişdir. ARDNŞ prezidenti inzibati binanın qarşısındakı geniş ərazidə yaşıllaşdırma və rekonstruksiya işləri aparılaraq abadlaşdırılmış meydançaya baxış keçirmiş, yaxınlıqdan keçən yolda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş yol-mühəndis işləri ilə tanış olmuşdur. Səfərin sonunda ARDNŞ prezidenti Rövnəq Abdullayev “Azərikimya” İB-nin baş mütəxəssislərinin iştirakı ilə operativ müşavirə keçirmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın