Menu
Geri İrəli

Rövnəq Abdullayev Sumqayıtda açılış etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2015 • Baxış sayı: 851 dəfə • Şərh yoxdur

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Sumqayıt şəhərində olublar.

1662265_921694634520470_420948038776706159_n“APA-Economics”in verdiyi xəbərə görə, SOCAR prezidenti və onu müşayiət edən şəxslər əvvəlcə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində istehsalatdan ayrılmaqla, bir aylıq təkmilləşmə kursu keçən Etilen-Polietilen Zavodunun mühəndis və fəhlə kadrları ilə görüşüb.

Görüş çərçivəsində Sumqayıtda peşə ixtisasları üzrə müasir standartlara cavab verəcək şəkildə yaradılmış geniş və ixtisaslaşdırılmış auditoriyalara malik peşə təhsili üzrə tədris vasitələri və mütərəqqi texniki avadanlıqlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzində müxtəlif peşə üzrə yüksək dərəcəli fəhlə kadrları hazırlanmaqla bərabər, “Azərkimya” İB-nin müəssisələrində çalışan işçilər üçün ixtisasartırma, ixtisasdəyişmə və təkmilləşdirmə kurslarının da təşkil olunduğu bildirilib. Hazırda 21 nəfər ixtisasartırma kurslarında iştirak edir ki, onların 14-ü ali təhsilli mühəndis, 7-si fəhlə kadrıdır. İlin sonuna qədər ümumilikdə 75 nəfərin bu kurslardan keçməsi nəzərdə tutulub.

SOCAR prezidenti “Azərkimya” İB-nin Etilen-Polietilen Zavodunun istehsalata və keyfiyyətə nəzarət, eləcə də sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyasının əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə də iştirak ediblər. R. Abdullayevə laboratoriyaların Rusiya və Almaniya istehsalı olan müasir tipli cihaz və xromatoqraflarla təchiz edildiyi barədə məlumat verilib. Bu isə müasir standartlara uyğun analizlər aparmaqla ətraf mühitin insan orqanizminə təsirini, ekoloji vəziyyətini, zərərli və təhlükəli istehsalat amillərini, istifadə edilən suyun çirklilik dərəcəsini, atmosferə atılan tullantıların miqdarını və başqa parametrləri daha dəqiq müəyyənləşdirməyə imkan verəcək. Bundan başqa, laboratoriyada çalışanların iş şəraiti də yaxşılaşdırılıb.

Daha sonra R. Abdullayev qaz məhsullarının kükürd birləşmələrindən təmizlənməsi və qaz fraksiyalarının hidrogenləşməsi qurğularında tikinti işlərinin gedişi ilə tanış olub. SOCAR prezidentinə məlumat verilib ki, bundan başqa buxar və elektrik enerjisi istehsalatında da modernləşdirmə işləri aparılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın