Menu
Geri İrəli

Rövnəq Abdullayev və Şahin Mustafayev Sumqayıtda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2014 • Baxış sayı: 677 dəfə • Şərh yoxdur

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Sumqayıt Sənaye parkında olub.
senye parki
Martın 1-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Sumqayıt şəhərindəki sənaye zonası ərazisində zəruri infrastruktura və idarəetmə sisteminə malik, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədilə tikilən Sumqayıt Kimya Sənaye parkında olmuşlar.
Rəsmilər Sumqayıt Kimya Sənaye Parkı ərazisində yaradılmış “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunda, “SOCAR-Polimer” MMC-də və Karbamid zavodunda həyata keçirilən işlərlə tanış olmuşlar.
Sonra ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev “Azərikimya” İstehsalat Birliyində keçirilən müşavirədə iştirak etmiş, Birlik müəssisələrində həyata keçirilən yenidənqurma işlərinin gedişi, istismara verilmiş yeni qurğuların fəaliyyəti ilə maraqlanmış, qarşıda duran vəzifələrlə bağlı bir sıra göstərişlər vermişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın