Menu
Geri İrəli

Röya və Zamiq Sumqayıtda oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2010 • Baxış sayı: 312 dəfə • 2 şərh
Share Button

“Nar Mobile”ın sponsorluğu, “Ulduz” prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə keçirilən “Doğma diyar” ölkə üzrə konsert turu çərçivəsində pop ulduzlar Röya və Zamiq 5 sentyabrda Sumqayıt şəhərində konsert proqramı ilə çıxış ediblər. Milli.Az xəbər portalının məlumatına görə, sumqayıtlılar Röya və Zamiqə göstərdikləri maraqla Türkiyənin məşhur pop müğənnisi Tarkanın aqibətini yaşadıb.

Həmişə konsertlərində şəxsi avtomobilləri fanatlar tərəfindən əhatəyə alınan Tarkanın analoji vəziyyəti Röya və Zamiqdə yaşanıb. Ucadan, aramsız “Röya” və “Zamiq” sədaları eşidən müğənnilər fanatların alqışları ilə səhnəyə çıxıblar.
Konsertdə qısa vaxt ərzində işıqlar sönsə də, bu hal tamaşaçıların və müğənnilərin əhvalını korlaya bilməyib. Konsert uğurla başa çatıb.

Sadiq aparıcılar Samir Bayramlı və Sevinc Ağaşirinov bu dəfə də öz missiyalarını yerinə yetiriblər.

Qeyd edək ki, konsert turu 12 iyul tarixində Qubada başlayıb və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Sumqayıt şəhərlərində keçirilib. Azərbaycanın 15 bölgəsində keçirilən “Doğma diyar” konsert turuna “NarMobile”ın sponsorluğu bu brendin ölkə ərazisində abunəçilərinə ən uyğun qiymətlər və keyfiyyətli xidmətlər təqdim edən mobil operator kimi populyarlığına işarə edir.

Röya və Zamiqin növbəti və son konserti sentyabrın 12-də Bakıda olacaq.

Milli.Az

Facebook Şərhləndirmə:
Share Button

“Röya və Zamiq Sumqayıtda oldu” yazısına 2 cavab

  1. sabuhi deyir:

    men cox sad oldum ki sumqayitda bele bir konsert kecirildi))

Şərhinizi yazın