Menu
Geri İrəli

Rusiyalı sahibkarlarlar Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2014 • Baxış sayı: 477 dəfə • Şərh yoxdur

Rusiya Federasiyasının Udmurtiya Respublikası və Kaluqa vilayətinin kiçik və orta biznesini təmsil edən 12 nəfərlik nümayəndə  heyəti iyunun 5-də Sumqayıt  Texnologiyalar  Parkında  (STP) olub.
AzərTAc xəbər verir ki, qonaqlara texnoparkın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat  verilmişdir.  Bildirilmişdir ki, STR ölkə  iqtisadiyyatının perspektivləri,  o  cümlədən  Sumqayıt  şəhərinin  inkişafının  müstəsna  əhəmiyyəti  nəzərə  alınmaqla reallaşdırılan nadir layihələrdəndir.  Özündə qabaqcıl  Avropa  texnologiyalarına əsaslanan 17 zavodu birləşdirən Texnologiyalar Parkı ixrac potensialına  malik  elektroenergetika  və  maşınqayırma  sənayesi məhsulları,  o  cümlədən  müxtəlif növ  kabellər,  transformatorlar,  yüksək  gərginlikli avadanlıqlar,  hidroturbinlər,  su nasosları,  elektrik  mühərrikləri, borular,  texniki  qazlar  istehsal  edir. Minlərlə  iş  yerinə malik bu texnopark əhalinin məşğulluq probleminin həllində də mühüm rol oynayır.
Rusiyalı   qonaqlar Texnologiyalar Parkından zəngin  təəssüratla  ayrılmışlar. Udmurtiyanın İxraca Dəstək Mərkəzinin rəhbəri Valeriya Antonenko AzərTAc-a bildirmişdir ki, bu kimi səfərlər və görüşlər biznes missiyasının ən effektiv mexanizmlərindən biridir. “Bu, Azərbaycanda bizim artıq ikinci biznes missiyamızdır. Səfər çərçivəsində “dəyirmi masa”lar və biznes forumlar keçirmiş, sənaye müəssisələrində olmuş, ikitərəfli görüşlərdə iştirak etmişik. Düşünürük ki, bu formatda keçirilən tədbirlər sahibkarların ikitərəfli biznes əlaqələri qurmasına münbit zəmin yaradır” – deyə Valeriya Antonenko vurğulamışdır .

1401981736

Facebook Şərhləndirmə:

Şərhinizi yazın