Menu
Geri İrəli

Səfər Əbiyevdən AÇIQLAMA: Heç bir problem yoxdur

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2013 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

sefer

 

 

 

 

 

 

On səkkiz ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev vəzifədən azad edildikdən sonra ilk dəfə açıqlama verib. Lent.az-ın mediaforum.az-a istinadən verdiyi məlumata görə, “Yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz” sualına Səfər Əbiyev belə cavab verib:

“Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur”.

Qeyd edək ki, Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.

1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziri idi. O, bu postu general-polkovnik rütbəsində tərk edib.

Səfər Əbiyevin yerinə Zakir Həsənov müdafiə naziri təyin olunub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın